Digər
Yunanıstan bu gün defolt ola bilər
Bu gün Yunanıstan BVF-ya 1,6 milyard dollar qaytarmalıdır. Amma borcu ödəməyə qara qəpiyi də yoxdur. Fondun rəhbəri Kristin Laqard edilməyən ödənişlər barədə BVF-nun icraçı şurasını məlumatlandıracağını bildirib. Belə bir məlumatlandırma Yunanıstanın texniki defoltu deməkdir.
Publika.az xəbər verir ki, Yunanıstanın Avrozonadan çıxma ehtimalının artması qlobal bazarlara ağır təsir edib. Asiya və Avropada sərmayəçilər risk nisbəti yüksək istiqrazları satmağa başlayıblar. 2011-ci il böhranından bəri ən pis gününü yaşayan Avropa birjalarında dəyər itkisi 5 faizə yaxınlaşıb.
Yunanıstanda kreditorlarla böhranın dərinləşməsi xalqı ərzaq yığmağa məcbur edib. Səhərin ilk saatlarında ölkədə benzindoldurma məntəqələrində, süpermarketlərdə növbə yaranıb.
Maliyyə çöküşü yaşamamaq üçün yunan hökuməti bankları və birjanı bağlamaq qərarına gəlib. Baş nazir Aleksis Çiprasın Avropa İttifaqı və BVF ilə növbəti danışıqlardan qəfil olaraq imtina etməsi və beynəlxalq kreditorlarla əməkdaşlıq yönündə referendum elan etməsi Yunanıstanı birbaşa olaraq defolta sürükləyib.
Onu da qeyd edək ki, Çipras 5 iyul tarixinə referendum təyin edib. Və yunanları Aİ və BVF-na qarşı səs verməyə çağırıb. Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Yunanıstanın artıq defoltdan qaçmaq üçün heç bir şansının olmadığını və bunun 30 iyun tarixində baş verəcəyini etiraf edib. Onun avstriyalı həmkarı isə açıq şəkildə Yunanıstanın avrozonadan çıxma məsələsini müzakirə edib.
İqtisadiyyat şöbəsi
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı