Digər
Neft məhsulları və xam neftin ixrac həcmləri açıqlandı
2015-ci ilin iyun ayında Azərbaycan 11 min 222 ton dizel yanacağı ixrac edib.
Publika.az SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadən xəbər verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-iyun ayları ərzində 491 min 855 ton dizel yanacağı, 103 min 509 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac olunub. 2015-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) -688,92 dollar, təyyarə yanacağının -576,85 dollar, dizel yanacağının -561,82 dollar, 1% kükürdlü mazutun qiyməti 331,98 dollar təşkil edib.
SOCAR 2015-ci ilin iyun ayında Supsa limanından 339 min 20 ton, Ceyhan limanından 1 milyon 925 min 699 ton xam neft yollayıb.
Ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 678 min 46 ton, Supsa limanından 1 milyon 524 min 900 ton, Ceyhan limanından isə 9 milyon 203 min 947 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
İqtisadiyyat şöbəsi
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri