Paranormal
Bu yuxuları niyə görürük? – DƏHŞƏTLİ SƏBƏBLƏR
Çox insan demək olar ki, hər gecə yuxuda kabuslar görür və bu gördüyü kabuslar onlarda psixoloji problemlər yaradır.
Publika.az yuxularda görülən ən qorxulu kabusları və mənalarını təqdim edir:
Çılpaqlıq
.jpg)
Öz görünüşünü və gözəlliyini bəyənməyən, özündən əmin olmayan insanların yuxuda gördüyü kabuslardır. Mütəxəssislər bu yuxuları başqaları tərəfindən mühakimə olunan insanların gördüyünü söyləyir.
Təbii fəlakət
.jpg)
Yuxularda özümüzü bəzən zəlzələnin ya da fırtınanın içərisində görürük. Ağaclar qopur, bina üzərinizı aşır. Bu kabusları imtahan əvvəli, ya da həkimə getməmişdən qabaq yaşadığımız stress və narahatlıqdan görürük.
Bağlı qalmaq
.jpg)
Özünüzü bir yerdə bağlanmış olaraq görmək, bir otaqda fırlanıb gəzib çıxa bilməmək ən sıx görülən kabuslardandır. Klostrofobiklər üçün bu yuxunu görmək normal olsa da, belə bir qorxusu olmayanlar da bu yuxunu görə bilərlər. Bu mənfi təsirləri olan bir şeydən xilas ola bilməmək halını izah edir.
Ölü görmək

Yuxuda ölü görmək ümumiyyətlə insanları stressə salır. Bunun səbəbi real həyatda problemlərini və itirdiklərini unuda bilməyən, öhdəsindən gəlməkdə çətinlik çəkən insanların yaşadığı problemdir.
Vacib hadisələri qaçırma

Əhəmiyyət verdiyiniz bir hadisəyə, imtahanınıza, öz toyunuza yuxunuzda gecikə bilərsiniz. Bu kabuslar müvəffəqiyyətsizlik qorxusundan irəli gəlir. Neqativ düşünmək və müvəffəqiyyətsizliyinizin heç ağılınızdan çıxmaması belə kabuslar görmənizə səbəb olur.
Yaralanma

Sümüklərinin qırıldığını ya da yaralandığını görənlər ümumiyyətlə həyatlarının bir qismi ilə əlaqəli olaraq zəiflik hiss edirlər. Həmin zəifliyi tapıb həll edərək bu kabusları sonlandıra bilərsiniz.
Düşmək

Hər halda hər kəs bu yuxunu bir dəfə yaşayıb. Oyandığınız an düşdüyünüzü hiss etməniz adamın yaşadığı bəzi şeylərin idarəsində olmadığını izah edir. Başqa nəzəriyyə isə bunun ağacda yaşayan ulu babalarımızın bizə qalan miras olduğunu söyləyir.
Dişlərin tökülməsi

Yuxuda dişlərin tökülməsi adamın özünə olan etibarsızlığı ilə əlaqələndirilir. Dişlərinin töküldüyünü görən insanlar ümumiyyətlə xarici görünüşləri haqqında əmin deyildirlər və özləri haqqında deyilən şeylərə çox rəğbət göstərirlər.
Tərk edilmək

Yuxusunda tərk edildiyini, yoldaşının ya da uşaqlarının onu buraxdığını, sevgilisinin ondan ayrıldığını görənlər əlaqədə etibarsızlığı təmsil edir.
Qaçmaq

Bir heyvan, qatil, ya da qəribə varlıq tərəfindən hücum olunduğunu yuxusunda görmək ən tez rast gəlinən hallardan biridir. Bu həyatınızdakı bir şeylə üzləşməkdən qorxduğunuz mənasını verir. Yuxuda bu hücuma cavab verin ki, gerçək həyatda qarşınıza çıxan problemlərlə necə mübarizə aparacağınıza dair fikir yaransın. Məsələn yuxunuzda gizlənərək qaçırsınızsa, real həyatda da problemlərdən gizlənməyi, onları görməməzlikdən gəlməyi seçim etdiyiniz mənasını verir.
Dilrubə Vaqifzadə
-
Dünya16:52İlbər Ortaylı vəfat etdi
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı






































