Paranormal
Azərbaycanın qonşuluğunda böyük müharibə: sərhədlər dəyişəcək - 2017-Cİ İLDƏ BİZİ NƏ GÖZLƏYİR?
Publika.az öncəgörmə qabiliyyətinə məxsus olan
məhşur kahinlərin 2017-ci il üçün dediklərini təqdim edir.
Nostradamus: XVI əsrdə yaşamış münəccimin
öncəgörmələrinə görə, 2017-ci ildə İran və Türkiyə arasında
müharibə olacaq. Bu müharibədə iranlılar qalib gələcək. Münəccimin
fikrincə, 2017-ci ildə xaçpərəstlərlə müsəlmanlar arasında da
müharibələr davam edəcək.
Qeyd: Nostradamusun İran və Türkiyənin müharibəyə
başlayacağı haqda fikirləri hazırki siyasi gündəmlə uzlaşır. Belə
ki, bu iki ölkə Suriyada qarşıdurma vəziyyətindədir. İran Bəşər
Əsəd rejimini dəstəkləyir, Türkiyə isə müxalifləri. Hələbdən
təxliyə prosesində də Ankara və Tehran bir-birinə qarşı sərt
ritorikadan istifadə etdi. Çünki Türkiyənin bağladığı atəşkəs məhz
İranın dəstəyi ilə Əsəd tərəfindən pozuldu. Daha sonra Rusiyanın
müdaxiləsi ilə Hələbdə atəş altında qalan mülki əhali və silahlı
müxaliflərin təxliyəsi başlandı. Təxliyəni həyata keçirən maşın
karvanlarına hücum da məhz İranın Suriyadakı qüvvələri və Əsəd
ordusu tərəfindən edildi. Rusiyanın xəbərdarlığından sonra onları
dayandırmaq mümkün oldu.
Türkiyə və İranın digər qarşıdurma məkanı İraqdır. Bu, Mosul əməliyyatında açıq şəkildə ortaya çıxdı. İran Haşdi-Şabi şiə qruplarını dəstəkləyir, Türkiyə isə Haşdi Vətən sünni qrupunu. İki ölkə faktiki olaraq üz-üzədir. Lakin Nostradamusun dediyi kimi, İran və Türkiyə arasında açıq müharibənin olub-olmayacağını indidən demək çətindir.

Merkel və Olland taxtdan düşəcəklər
Nostradamusa görə, 2017-ci ildə Fransa və Almaniyada liderlər
dəyişəcək.
Qeyd: 2017-ci ildə bu iki ölkədə həqiqətən də
seçkilər olacaq. Və hər iki ölkə liderinin rəqibi radikal
sağçılardır. Fransada artıq ana müxalifət olan mərkəz sağ
Respublikaçılar Partiyası Fransua Fiyonu namizəd olaraq irəli
sürüb. Ulta-sağçı “Milli Cəbhə” Partiyası isə Marin Le Penin
namizədliyi ilə seçkilərə gedəcək. Hazırda prezident olan Fransua
Ollandın zəif siyasətçi olması və ölkəyə rəhbərliyi dövründə
buraxdığı səhvlər onun rəqiblərinin seçkidən qalib çıxacağını
deməyə əsas verir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Fransada prezident seçkilərinin ilk turu 2017-ci ilin 23 aprelində
keçiriləcək.
Almaniyada da vəziyyət təxminən eynidir. İnsanların artıq bezdiyi
Angela Merkel dördüncü dəfə namizədliyini irəli sürəcəyini
açıqlayıb. Lakin ölkədəki problemlər, xüsusilə miqrant məsələsi
onun nüfuzuna ciddi zərbə vurub. Almanlar ən çox miqrant
problemindən narahatdırlar. Bu baxımdan, miqrant problemini həll
etməyi prioritet elan edən ifrat sağçı “Almaniya üçün alernativlər”
Partiyasının reytinqi artır. Federal seçkilər gələn ilin payızında
baş tutacaq.
Nostradamus Fransa üçün daha bir proqnoz verir. Onun öncəgörməsinə
görə, Fransda su resurslarının çatışmazlığı problemi yaranacaq,
əhalinin içməli su tapması çətinləşəcək.
***
Vanqa: Ötən əsrdə yaşamış bolqar kahin 2017-ci
ildə yeni müharibədən xəbər verir və qeyd edir ki, bu müharibənin
mərkəzində Rusiya olacaq. Lakin böyük müharibədən əvvəl Rusiyada
hakimiyyət mübarizəsi baş verəcək. Zaman keçdikcə, bu mübarizə qida
uğrunda aparılacaq. Çünki Vanqaya görə, gələn il Rusiyada aclıq
dövrü başlanacaq.

“İnsanlar ədalət və qanunun nə olduğunu unudacaq,
bərabər olmayan mübarizədə güclü olan qalib gələcək” –
Vanqa belə deyir.
Lakin bolqar kahin güclü şəxsiyyətlərin Rusiyanın ayaq üstə
qalxmasına kömək edəcəyini bildirir.
Ümumilikdə Vanqa 2017-ci il üçün bədbin proqnozlar verir. Xüsusilə
Rusiya üçün qanlı il olacaq. Kahinə görə, son nəticədə Rusiya dünya
hegomonluğuna nail olacaq.
Onun öncəgörmələrində, 2017-ci ilin Rusiya üçün kardinal dəyişiklik
ili olacağı qeyd olunur. Rusiya dünyadakı bütün slavyanları
birləşdirəcək. Bir çox ölkəyə, o cümlədən Amerikaya kömək edəcək.
Lakin onu da qeyd edir ki, 2017-ci ildə böhran Rusiyadan yan
keçməyəcək. Hakimiyyətə gəlincə, Vanqa “Vladimir ölkəyə rəhbərlik
edəcək” deyə bildirib.
Vanqa, həmçinin, 2017-ci ildə dini müharibələrin baş verəcəyindən
və bir neçə il davam edəcəyindən xəbər verir.
Digər öncəgörmələrində, “Avropa həlak olacaq, çoxsaylı
müharibələrdə insanlar müxtəlif ölkələrin sərhədlərinə öləcəklər”
ifadələrini işlədir.
Vanqa danışırdı ki, 2017-ci ildə Suriya ümumiyyətlə, boşalacaq.
“Üçüncü dünya müharibəsinin başlanğıcı Avropada olacaq. Çünki çox
ölkə Yaxın Şərq münaqişəsindən zərər çəkəcək. Avropalılar
müsəlmanlarla vuruşmağa başlayacaqlar. Mübarizədə nüvə silahı
istifadə ediləcək”, - Vanqa deyirdi.
Asif
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
-
Sosial13:49Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
-
Sosial12:33Pensiya alanlara şad xəbər!
-
Yaxın Şərq11:38Çıxılmaz vəziyyət: İranın gözlənilməz gedişi ABŞ-ın gizli planını alt-üst etdi
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi






































