Paranormal
"Qorxumdan heç kimə deyə bilmədim" - Qar adamını görən şəxs - - FOTO/VİDEO
Qubanın Xınalıq kənd sakini Babaəli Babaəliyev qar adamı
gördüyünü iddia edir.
Publika.az ARB Şimal-a istinadən xəbər verir ki, 58 yaşlı
kənd sakini Qar adamına 30 il öncə rast gəldiyini söyləyir.
Dediyinə görə, bu varlığa ov edən zaman rast gəlib. Qar adamını
Xınalıq kənd sakinlərindən Babaəli Babaəliyevdən başqa görən
olmayıb. Kənd sakini mağarada onunla üz-üzə oturan Qar adamını
tüfənglə öldürmək istəyib. Lakin ona zərər vermədiyindən bu
fikrindən daşınıb.
Babaəli Babaəliyev: "Həmin məxluqla 1986-cı il, mən ova gedəndə
mağarada rastlaşdıq. Gəldi mağaraya, oturdu. Gecə saat 01:15-dən
04:00-a qədər. Çox qalın tükü yoxdur. Hardasa 5-7 sm-lik. Alnı bir
az yastıdır. İnsan kimidir. Əl, ayaq. Boynunda, sinəsində qırmızı
ət görünürdü. Boyu 3 m olardı".
Bir çoxları bu varlığı gördüklərini desələr də, onun mövcudluğu tam
təsdiqini tapmayıb.
Belə fikirlər var ki, bu müqəddəs hominid məməlilərə aid olan,
insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə
aiddir. Canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş
məşhur isveçli həkim Karl Linney onu mağara adamı kimi təyin
edib.
Babaəli Babaəliyev: "İlk 6 ay heç kəsə demədim. Öz qorxumdan.
Fikirləşirdim ki, gəlib mənə deyər ki, səni mən görmüşdüm. Niyə
məni "şantaj" elədin. Bax ona görə".
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















