Paranormal
Yanvarın 12-dək gözünüzü göydən AYIRMAYIN!
Yanvarın 3-dən 4-nə keçən gecə Yer kürəsi müşahidə olunmuş meteor yağışı davam etməkdədir. Proses yanvarın 12-dək davam edəcək.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.
Onun sözlərinə görə, bu ayın 3-ü və 4-də meteor yağışı maksimum həddə çatıb və tədricən azalması müşahidə edilir: “Proses dekabrın 25-dən başlayıb, yanvarın 12-dək meteorları müşahidə edə biləcəyik. Sadəcə maksimum olduğu gecə saatda 120-130 meteor görmək mümkün idisə, indi bu rəqəm 10-u keçmir. Lakin onlar çox sürətli olduğundan teleskop yox, yalnız adi gözlə müşahidə etmək mümkündür”.
X.Mikayılov meteorların meteoridlərlələ səhv salındığını deyir. Buna görə də insanlarda əsassız təşviş yaranır: “Meteorlar heç zaman Yerə düşmür. Yerə düşən meteoridlərdir. Onların təbiətlərində müəyyən fərqlər olur. Meteorlar məsaməlidir, meteoridlərin tərkibi, dəmir, daş-dəmir, nikeldən ibrət olur. Meteorlar Günəş sistemindəki kometlər ona yaxınlaşdığı zaman yaranan quyruqları, ya da parçalanmasından yaranan hissəciklər, həmçinin asteroidin toqquşmasından yarana bilir. Onlar atmosferdə yanır və Yer səthinə düşmür. 1959-cu ildə Yardımlıya meteorid düşmüşdü. Bəzən meteorları kiminsə bəxt ulduzunun sönməsi kimi fikirlər də olur. Lakin onlar ulduz deyil, meteorlardır. Meteor yağışı mütəmadi müşahidə edilir. Onu əvvəldən proqnozlaşdırmaq olar, meteorid haqqında bunu demək mümkün deyil. Meteor selinin mənbəyi müəyyən bürclərdə olur. Onlar hansı bürcdə yerləşirlərsə, həmin bürcün adı ilə də adlanırlar. Məsələn, bu gecə müşahidə edilən “Kvadrantid” adlanır”.
Gülxar
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















