Paranormal
“Peyğəmbər”lərin döyüşü: müşavir olan meteoroloq və imperiyanı dağıdan göygöz
Rusiyada Romanovlar sülaləsinin sonuncu hökmdarı II Nikolayın taxtdan düşməsi haqqında müəmmalı mülahizələr günümüzdə də səngimir. Bəli, onu boşleviklər devirdilər və ailəsi ilə birlikdə güllələdilər, hətta balaca uşaqlarına belə rəhm etmədilər. Lakin əsas mülahizələrdən biri də Nikolayın devrilməsində həmin dövrdə kahinliyi ilə ad çıxarmış, bir o qədər də fırıldaqçı olaraq tanınan Qriqori Rasputinin əlinin olması ilə bağlıdır. II Nikolay Rasputinin məsləhətlərini dinləyir və onları yerinə yetirirdi. Məlumatlara görə, Rasputinin çarın üzərində böyük təsiri olub və Romanovların sonuncu ailəsinin bütün üzvləri bu “göygöz, uzun saqqal kişidən” qorxarmışlar.
Lakin o haqda məlumatlar da var ki, II Nikolay və ailəsi həqiqi pravoslav olsalar da, gələcəyi görənlərə və falçılara güclü şəkildə inanarmışlar. Sadəcə olaraq, Rasputinə qədər bu məlumatlar çox dar çərçivəyə məlum imiş. Ən maraqlısı isə odur ki, özlərini “peyğəmbər” elan edən bu fırıldaqçıların sarayda nüfuz dairəsini qorumaq uğrunda çirkli döyüş aparmalarıdır.
Publika.az tarixçi Robert Uartın “The
Historian” jurnalında Romanovların sonuncu çarı II Nikolayın və
ailəsinin falçılarla əlaqəsindən bəhs edən məqaləsindən maraqlı
hissələri təqdim edir.
II Nikolay hakimiyyətinin ilk illərində falçılara və gələcəyi
görənlərə dəli kimi baxar və onlara inanmazdı. Lakin hər şey çarın
dördüncü qızının doğulması ilə başlandı. Məlum oldu ki, Rusiya
imperiyasının taxtı varissiz qala bilər.
1900-cü ildən başlayaraq, saraya hər cür qəribə insanları gətirməyə
başladılar. Onların bəziləri sarayda bir neçə ay, yaxud daha çox
qalardılar.
Saraya daxil olan ilk öncəgörən Matronuşka Bosonojka oldu.
Səksən yaşlı kəndli qadın gələcəkdən xəbər verdiyini iddia edirdi.
Nikolay onun arxasınca adam göndərdi və bu qadını Peterburq
xarabalıqlarında tapdı. Matronuşkanı saraya gətirdilər. Qoca qadın
dedi ki, bir müddət sonra taxt-tacın varisi dünyaya gələ bilər.
Eyni vəziyyət Paşa Sarovskaya ilə də yaşandı. O, Tambov
quberniyasında yaşayan rahibə idi. Şaiyələrə görə, 100-ə yaxın yaşı
var idi. Lakin rahibə çarın dəvətini qəbul etmədi və saraya gəlməyi
rədd etdi. 1901-ci ildə Nikolay özü onun evinə baş çəkməyə məcbur
oldu. Çar rahibənin danışığından bir şey anlamadı. Lakin ayrılarkən
rahibənin ona verdiyi kiçik düyünü, şəkəri və bir neçə rənglənmiş
yumurtanı müqəddəs əşya kimi saxlamağa başladı.
Çarın üçüncü üz tutduğu şəxs Kubandan olan savadsız əsgər Vasiliy
Tkaçenko idi. O, II Nikolayın kiçik qardaşı olan böyük knyaz Mixail
Nikolayın himayəsini əldə etdi. Mixail “müqəddəslərin” və
fövqəltəbii güclərin böyük həvəskarı idi. Ən bədbəxt “müqəddəs” isə
Ladoqa monastrında yaşayan Miron idi. Zərərsiz qoca idi və heç nə
istəmirdi, yalnız çara dua edirdi.
Çar Nikolayın ən qəribə addımlarından biri isə hava proqnozu verən
meteoroloq Demçinskiyi özünün siyasi müşaviri etməsi idi. Lakin
1903-cü ildə meteoroloq himayədən məhrum oldu.
Çara varisi isə Darya Osipova “bəxş etdi”. Yaşadığı kənddə “möcüzələri” və “peyğəmbərlikləri” ilə məşhurlaşan Darya Nikolayın arvadını öz lənətləri ilə qorxudurdu. Lakin Darya saraya gələndən sonra Nikolayın varisi – şahzadə Aleksey doğuldu və kahin hörmət qazandı.
Sarayda ən yaddaqalan şəxslərdən biri Mitka Kolyaba oldu.
1865-ci ildə doğulmuş bu adam anadangəlmə şikəst idi. Axsaq,
kəmağıl, kar, lal. O, tamamilə yararsız idi. Lakin rahiblər onu
gələcəyi görən hesab edirdilər. 1901-ci ildə onu “tərcüməçiləri”
ilə birlikdə saraya gətirdilər. O, heç nə edə bilmədi, amma
Rasputinin ən qəddar düşməni oldu və ona qarşı edilən sui-qəsdə
iştirak etdi.
Hakimiyyətə gələrkən “gələcəyi görənləri” dəli hesab edən II
Nikolay isə “dəlilərə” inanmağa başlayandan sonra, bu, onda
xəstəliyə çevrildi. Və ömrünün axırına kimi o, falçılara inanan,
gələcəyi görənlərin dedikləri ilə oturub-duran adam oldu.
Asif
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...