Paranormal
Kainat Allahın iradəsindən çıxacaq, hər planetin öz dövləti olacaq - - VİDEO
2017-ci ili artıq “Ulduzların müharibəsi” adlandırmaq
olar. Söhbət real müharibədən yox, Corc Lukasın ssenarisi əsasında
ekranlaşdırılan filmdən gedir. Lakin o da həqiqətdir ki, film
gələcək dünya haqqında müəyyən təsəvvürlər yaradır.
Publika.az xəbər verir ki, film kainatın artıq Allahın
iradəsindən çıxdığı və öz qanunları üzərində yaşadığından bəhs
edir.
Filmdə təsəvvür edilən dünyanın maliyyə-iqtisadi sistemi indiki
dövrlə oxşardır. Lakin miqyasca dəfələrlə böyüdülüb. Bu,
meqakorparasiya dünyasıdır. Burada təşkilatlar borclularla mübarizə
və rəqiblərdən özünü müdafiə üçün böyük iqtisadi, siyasi və hərbi
gücə malikdir.
Kainata rəhbərlik edən ən yüksək orqan Qalaktika, yəni planetlərin
və onların nümayəndələrinin təmsil olunduğu Senatdır. Senat əsasən
iqtisadi və siyasi kursu müəyyən edir. Eyni zamanda, hər planetin
öz şəxsi hökuməti və iqtisadi sistemi var. Bu iqtisadi sistemdə pul
əsasdır, lakin əsasən Qalaktika kredit verən rolunda çıxış edir.
Qalaktikanın kreditləri üç növə bölünür: nağd, elektron pul və
elektron çiplər.
Qalaktikada bank, ticarət kimi müxtəlif federasiyalar var. Kainatın
imperiyası yaranır. Planetlər və oradakı hökumətlər imperiyaya
tabedir, ona vergi ödəyir. Filmdə iqtisadi ədalətsizliyin klonların
müharibəsinə səbəb olduğu əks olunur. Daha sonra Qalaktikadan
ayrılaraq, müstəqil olmaq istəyən planetlər ortaya çıxır. Və kainat
dağılma təhlükəsi ilə üzləşir.
Filmin əsas özəlliyi indiki dünyamızda bir çox sistemin
prototipinin yaradılmasıdır. Film bu ilin mayında ekranlara
çıxacaq.
Asif Nərimanlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























