Paranormal
90 il öncəki böhran qayıdır: insanlar bir-birini öldürüb yeyəcək – ACLARIN MÜHARİBƏSİ
ABŞ yeni prezidenti Donald Trampla yeni dövrə qədəm
qoydu. Bir çox siyasi ekspertlər Amerikanın, eləcə də dünyanın
gələcəyinin müsbət olmayacağı haqqında çıxışlar edirlər. Gələcəyi
görmə qabiliyyəti olan insanlar da eyni fikirdədir. Misal üçün,
məşhur Vanqa 44-cü prezidentin ABŞ-ın son lideri olacağını, bundan
sonra hər şeyin bir-birinə qarışacağını
proqnozlaşdırmışdı.
Publika.az xəbər verir ki, Amerikanın Nostradamusu
ləqəbini qazanmış Cerald Selente də ABŞ-ın və dünyanın gələcəyi
haqqında bədbin düşünür.
O, inqilabın olacağı və 1929-cu ildəki “Böyük depressiya”dan daha
dəhşətli böhranın olacağını proqnozlaşdırır.
“Acların qiyamı olacaq, işsizlərin, evsizlərin, müflis
olmuşların və kasıbların kütləvi etirazları başlanacaq”, -
deyə Amerikanın Nostradamusu hesab edir.
O, aclığın baş alıb gedəcəyini deyir, hətta bayramlarda
belə yeməyin tapılmayacağını proqnozlaşdırır:
“Mən təkcə onun demirəm ki, insan əti yeyiləcək. Həm də onu
görürəm ki, Milad bayramında hansısa yeməyi tapmaq ən yaxşı hədiyyə
olacaq”.
Cerald bunları deyəndə çoxları ona dəli, yaxud manyak olaraq
baxırdı. Lakin onun proqnozlarına ABŞ KİV-nin yanaşması
maraqlıdır.
CNN: “Biz nə vaxt əsas tendensiyaları bilmək
istəyiriksə, Cerald Seleynteyə müraciət edirik”.
CVNC: “Cerald Selente qədər yaxşı proqnozçu
yoxdur. Bu adam nə haqda danışdığını yaxşı bilir”.
Nyu-York Post: “Nostradamus sağ olsaydı çətin ki,
Cerald Selente ilə ayaqlaşardı”.
“The Wall Street Journal”: “Kimə ciddi proqnoz
lazımdırsa, Trendlərin Tədqiqatı İnstitutuna (Cerald Selentenin
rəhbərlik etdiyi qurum-red) müraciət edir”.
C. Selenta Trendlərin Tədqiqatı İnstitutuna 1980-ci ildən rəhbərlik
edir. İnstitut əsasən iqtisadi analitiklərlə çıxış edir, həmçinin,
aylıq jurnal dərc edir. Vaxtilə o, SSRİ-nin dağılacağını qabaqcadan
xəbər verirdi. Həmçinin, 1987-ci ildə maliyyə böhranını, 1997-ci
ildə Asiyada valyuta böhranını və 2008-ci ildə dünya maliyyə
böhranını da öncədən açıqlamışdı.
Vaxtilə o, İran İslam İnqilabını da öncədən xəbər vermişdi. Heç kim
İran şahının devriləcəyini düşünmürdü, lakin Cerald 1979-cu ildə
inqilabın baş verəcəyini açıqladı. Ardınca da bütün pullarını qızıl
və neft birjasına yatırdı. Beləliklə, o inqilabdan sonra böyük
pullar qazandı.
Yeri gəlmişkən, Selente nadir analitiklərdən biri idi ki, Trampın
qələbə qazanacağını proqnozlaşdırırdı.
Selente Obamanın gedəcəyini hələ 2012-ci ildə proqnozlaşdırmışdı.
Lakin bu doğru çıxmadı. Hərçənd, çoxları onun ABŞ-ın gələcəyini
düzgün gördüyünü, sadəcə olaraq vaxtla bağlı yanlışlığa yol
verdiyini hesab edir.
Artıq ABŞ-da mitinqlər və nizamsızlıq başlayıb. Bu ölkənin gələcəyi
həyəcanlıdır.
Asif
-
Hadisə01:41Rusiyada təyyarə qəzası - Ölən var
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi ən doğru qərara aparacaq
-
Magazin100:00Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO
-
İdman28 İyun 23:36Dünya çempionatında danışılmış oyun olub? - Kuznetsovdan ŞOK İDDİA
-
İdman28 İyun 22:24Nurlan Paşayev vətənə qızıl medalla dönür - FOTO
-
Cənubi Qafqaz28 İyun 22:12Keçmiş səhiyyə naziri avtomobilində ÖLÜ TAPILDI
-
Magazin128 İyun 21:12Xalq artisti qızı ilə obyektiv qarşısına keçdi - FOTO
-
Sosial28 İyun 21:00Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq

































