Paranormal
Fevralın 25-i bizi hansı təhlükə gözləyir? - Şamaxı Rəsədxanası AÇIQLADI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 25-də Yer kürəsinə asteroidin çırpıla bilməsi və bununla əlaqədar Yer üçün təhlükə gözlənildiyi barədə məlumatlara aydınlıq gətirib.
Rəsədxananın direktor müavini Xıdır Mikayılov bildirib ki, Yerə yaxınlaşacaq asteroid 2016-cı ildə kəşf olunub və buna görə də “2016wf9” adlandırılan həmin asteroidin ölçüsünün 500 metrdən 1 km-dək olması təxmin edilir:
"Öz orbiti üzrə hərəkət edən “2016wf9” asteroidi fevralın 21-27-də Yerə yaxın məsafədə olacaq. Amma fevralın 25-də Yerə daha yaxın məsafədə olacaq. Həmin gün bu asteroidlə Yer arasında 51 milyon km məsafə olacaq ki, bununla da o, planetimizə Günəşlə Yer arasındakı məsafədən 3 dəfə yaxın olacaq. Bu isə Yer üçün heç bir təhlükə törətmir. Yayılan məlumatlara görə, guya bu asteroid okena düşüb sunami yarada və və digər təhlükələr törədə bilər. Amma həmin asteroid öz orbiti üzrə hərəkət edir və Yer üçün heç bir təhlükə yaratmayacaq. Onun yerə yaxınlaşmasının səbəbi də sadəcə öz orbiti üzrə hərəkət etməsindən qaynaqlanır”.
X.Mikayılov deyib ki, hərəkətdə olan “2016wf9” asteroidi bu gün Aya çox yaxındır:
“Teleskopla Aydan qərb tərəfə baxsaq, onu görə bilərik. Amma ən yaxın məsafə fevralın 21-də 7-8 parlaq ulduzdan ibarət, bir-birinə həddindən artıq yaxın olan “Ülkər” pleadasında olacaq. İnsanlar onu kiçik teleskoplar vasitəsilə də görə bilərlər, amma asteroid hərəkət etdiyindən ona çox diqqətlə baxmaq lazımdır. Bakıda deyil, aydın gecədə dağlarda kamerası böyük olan fotoaparatla bu zonanın şəklini çəksək, ulduzlar nöqtə kimi, asteroid isə nazik uzun xətt kimi düşəcək. Bu o deməkdir ki, asteroid hərəkət edir. Hərəkət etdiyinə görə də onun izi bir xətt kimi düşəcək”. (trend)
-
Hadisə01:41Rusiyada təyyarə qəzası - Ölən var
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi ən doğru qərara aparacaq
-
Magazin100:00Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO
-
İdman28 İyun 23:36Dünya çempionatında danışılmış oyun olub? - Kuznetsovdan ŞOK İDDİA
-
İdman28 İyun 22:24Nurlan Paşayev vətənə qızıl medalla dönür - FOTO
-
Cənubi Qafqaz28 İyun 22:12Keçmiş səhiyyə naziri avtomobilində ÖLÜ TAPILDI
-
Magazin128 İyun 21:12Xalq artisti qızı ilə obyektiv qarşısına keçdi - FOTO
-
Sosial28 İyun 21:00Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq

































