Qəbirləri açanda dəhşətli mənzərə ortaya çıxdı - OSMANLIDA 4 SİRLİ HADİSƏDƏN ƏN QORXUNCU
Bizi izləyin

Paranormal

Qəbirləri açanda dəhşətli mənzərə ortaya çıxdı - OSMANLIDA 4 SİRLİ HADİSƏDƏN ƏN QORXUNCU

Balkanlarda yerləşən Tirnova qəbəsində baş verən bu hadisə Osmanlı tarixində ən yadda qalan 3-4 sirli hadisədən biridir.

Publika.az Brifinq.az-a istinadən bu yazıda həmin hadisədən danışır:

Rəvayətə görə, bəzi ölü yeniçərilər gecələr məzarlarından çıxıb şəhəri talan edir, insanları qorxudurdular. Məzarları tapılan vampir yeniçərilər miflərdə göstərilən üsullardan fərqli olaraq, daha çox qarına paya keçirməklə və ürəkləri qaynar suya atılaraq yox edilirdilər.

Hadisə o qədər ciddiləşir ki, dövrün qazisi Əhməd Şükrü Əfəndi qəsəbə əhalisinə məktub yazır. Həmçinin Osmanlının rəsmi qəzeti "Takvim-i Vekayi"nin 6 oktyabr 1883-cü ildə dərc olunan nömrəsində həmin hadisəyə yer verilib.

Qazi Əhməd Şükrü Əfəndinin məktubu:

"Tirnovada qeyri-adi qüvvələr peyda olub. Gün batdıqdan sonra evlərə girib un, yağ, şəkər, bal kimi ərzaqları bir-birinə qarışdırır, içlərinə bəzən torpaq qatırlar. Yorğan, döşək və boxçaları didib açırlar. İnsanların üstlərinə qab-qacaq, daş, torpaq atsalar da, heç kim bunun kimlər tərəfindən edildiyini görmür. Bir neçə insana hücum ediblər. Onlardan bunu kimin etdiyini soruşduqda "Sanki üstümüzə ağır yük düşdü" deyirlər. Lakin əlavə heç nə görmürlər. Bir çox məhəllə sakini evlərindən köçməli olub. Xalq sonda bu işlərin bəzi ölülərin ruhları tərəfindən edildiyinə inanıb.

Cin çıxarmaqla tanınan Nikola adlı yunan bu hadisəylə bağlı qəsəbəyə dəvət olundu. Əvəzində ona 800 qızıl vəd edildi. Nikola üzərində rəsm olan taxtayla məzarlığa getdi və taxtanı barmağının üzərinə qoyaraq çevirdi. Həmin taxta hansı məzara tərəf dayandısa, o qəbirdə qeyri-adi varlığın olduğu deyildi.

Rəsmli taxtanın işarə etdiyi məzarlar yox edilən yeniçəri ocağına mənsub olan Ali Alemdar və Abdi Alemdar adlı iki yeniçəriyə məxsus idi. Qəbirləri açanda gördüyümüz mənzərə dəhşətli idi. Hər ikisinin cəsədi, tükləri, barmaqları, dırnaqları üç qat, dörd qat böyümüşdü. Məzar açılan zaman oradakı insanlar hər şeyi gördü. Bu iki qəddar yeniçeri ocaq yox edilən zaman yaşlı olduqları üçün cəllad əlinə düşməyib, əcəlləri ilə ölüblər. Yaşayanda etdikləri pis işlərinin davamı kimi indi də ruhları qəsəbə əhalisini narahat etməyə başlayıb.

Nikolanın fikrincə, bunların həmişəlik yox olmaları üçün qarınlarına paya keçirmək, ürəklərini qaynar suya atmaq lazımdır. Məzarlarından çıxartdığımız ölülərin qarınlarına deyildiyi kimi paya keçirildi və ürəkləri qaynaq suya atıldı. Lakin bunlar fayda etmədiyi üçün Nikola cəsədləri yandırmalı olduğumuzu dedi. Cəsədlər elə oradaca oda atılıb yandırıldı. Beləliklə, çox şükür qəsəbəmiz bu bəladan xilas oldu!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm