Paranormal
ABŞ-ın yadplanetlilərlə bağlı 70 illik SİRRİ: sən demə... - FOTOLAR
ABŞ-ın 33-cü prezidenti Harri Truman 1947-ci ildə
“Majestic 12” adlı təşkilat yaratdı.
Publika.az xəbər verir ki, tam məxfi olan təşkilata elm
adamları, hərbiçilər və dövlət rəsmiləri daxil idi.

12 üzvdən ibarət olan təşkilatın məqsədi yadplanetlilərlə bağlı
araşdırma aparmaq idi. Xüsusilə həmin dövrdə insanların tez-tez
UNO-lar gördüyü haqda məlumatların yayılması Trumanın belə bir
təşkilat yaratmasına əsas vermişdi.
“Majestic 12”-nin yaranmasının əsas səbəbi isə 1947-ci ilin iyul
ayında baş vermiş “Roswell UNO” qəzası idi.

Roswell hadisələri ABŞ-ın İdaho əyalətində xilasedici pilot olaraq
çalışan Kenneth Arnold 1947-ci ilin 8 iyulunda New Mexico
əyalətinin Roswell qəsəbəsi ətrafında axtarışa çıxır. O, həmin ilin
25 iyun tarixində itmiş bir təyyarəni axtarırdı. Pilot günorta
saatlarında 9 UNO görür. UNO-lar cəmi 4 metr yüksəklikdə saatda 200
kilometr sürətlə uçurdular. UNO-lardan biri qəfil tarlaya düşür və
Arnold dərhal qəsəbənin şefinə məlumat verir. Hadisə haqda yerli
qəzetlər növbəti gün məlumatlar yaydılar, hətta ABŞ ordusu da bunu
təsdiqlədi. Lakin daha sonra bütün məlumatlar təkzib olundu və baş
verənlər haqda deyilənlər uydurma adlandırıldı.

İctimaiyyət buna inanmadı. Sonralar ortaya çıxan məlumatlar da ABŞ
hökumətinin qəzaya uğramış UNO-nu içindəki yadplanetlilərlə birgə
gizlətdiyi ehtimalını gücləndirirdi. Laki indiyə qədər Amerika
həmin hadisə ilə bağlı məlumatları aşkara çıxarmayıb.

Trumanın yaratdığı gizli təşkilatın məqsədi də məhz həmin hadisəni
gizlətmək və yadplanetlilərlə bağlı məxfi araşdırmalar aparmaq idi.
“Majestic 12” sonrakı illərdə UNO-larla bağlı araşdırmalar
apararaq, bir çox faktlar əldə ediblər. Lakin məlumatlar 1982-ci
ilə qədər 35 il ərzində ictimaiyyətdən gizlədilib. 1982-ci ildə
hökumətin yadplanetlilərlə bağlı məlumatları gizlətdiyinə dair
ittihamlar ortaya çıxsa da, ABŞ əsil həqiqəti heç vaxt açmayıb.
Asif
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını vuraraq öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur























.png)












