Paranormal
Cadu varmı və bu barədə Qurani-kərimdə nə deyilir?
Cadu vardır və onu inkar etmək düz olmazdı. Tarix boyunca cadu, sehr, tilisim və s. bu kimi əməllər mövcud olmuşdur. Lakin bu işlə məşğul olmaq haram və çox böyük günahlardandır.
Publika.az islam.az-a istinadən bildirir ki,
cadu - bəzi təbiət qüvvələrinin və cinlərin yardımı ilə həyata
keçirilir. Cadunun varlığının ən gözəl sübutu Qurani-kərimin 113-cü
"Fələq" surəsidir. Cadu barədə hədislərdə də məlumatlar çoxdur.
Məsələn, İmam Əli (ə) buyurub: "Göz dəymə haqdır (yəni vardır),
əfsun haqdır, sehr haqdır, fal haqdır..." ("Nəhcul-bəlağə", 400-cü
qısa kəlam). Yenə o həzrət buyurub: "Münəccim kahin kimidir, kahin
sehrbaz kimidir, sehrbaz kafir kimidir, kafirin yeri isə cəhənnəm
alovudur!" ("Nəhcul-bəlagə", 79-cu xütbə). Rəvayətə görə, bir gün
bir qadın Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib söylədi:
"Ərim məndən soyuyub. Mən də onu özümə bağlamaq üçün bəzi işlər
görmüşəm (yəni sehr etmişəm)". Peyğəmbər qəzəblənib buyurdu: "Vay
olsun sənə! Öz dinini məhv etmisən! Allaha yaxın olan mələklər sənə
lənət edir! Səmadakı mələklər sənə lənət edir! Yerdəki mələklər
sənə lənət edir (Peyğəmbər bu sözləri 3 dəfə təkrar etdi)"
("Biharul-ənvar", cild 79, səh. 214).
Eyni zamanda cadudan qorxmaq da lazım deyil. Əvvəla, həqiqətən cadu
bacaranların sayı çox azdır. Çoxu isə fırıldaqçıdır. İkincisi,
Quran, xüsusilə "Fələq" və "Nas" surələrini oxumaqla cadudan
qorunmaq olar, inşAllah.
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını vuraraq öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur























.png)


.jpg)









