Paranormal
“Dedilər ki, bütün insanlar...” - Yadplanetlilərlə görüşən FİDE rəhbəri sirləri açdı – TƏFƏRRÜATLAR (VİDEO)
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri Kirsan
İlyumjinov yadplanetlilərlə görüşdüyü haqda şok açıqlama verib və
həmin hadisənin təfərrüatlarında danışıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, K.İlyumjinov
yadplanetlilərlə 1997-ci ildə - Kalmıkiya Respublikasının rəhbəri
vəzifəsini icra edən zaman görüşdüyünü iddia edib: “Moskvanın
mərkəzində mənim mənzilim var. İşdən sonra evə gəldim, kitab oxudum
və bir az televizora baxdım. Daha sonra yatmaq üçün uzandım.
Sonradan öz-özümə təhlil edirdim ki, baş verənlər yuxu ola bilərdi.
Lakin mənim yatağımda olmadığımı görən şahidlər var. Mən hiss etdim
ki, pəncərə açıqdır. Eyvana çıxdım. Dəhliz gördüm və boşqaba
bənzəyən gəmiyə mindim”.
O, baş verənləri aydın hiss etdiyini deyir. Qeyd edir ki,
yadplanetlilər sarı rəngdə idilər: “Mən onlarla danışdığımı
xatırlayıram. Mən onlara deyirdim: qulaq asın, sizdə bir saat bizdə
min ildir. Mən geri qayıdanda burada tamamilə başqa Yer kürəsi
olacaq. Mənimlə işləyən insanları tapa bilməyəcəm. Yadplanetlilər
isə məni inandırırdı ki, “hər şey normal olacaq”.
K.İlyumjinov yadplanetlilərdən soruşur: “Niyə indiyə qədər Yer
sakinləri ilə əlaqəyə girməmisiniz”.
“Siz hələ hazır deyilsiniz, siz nizamsızlıqlarla ünsiyyət
saxlamırsınız, siz hələ rüşeym səviyyəsindəsiniz”, - deyə ona cavab
verirlər.
Bu görüşdən sonra o, baş verənlər haqda Rusiyanın o vaxtı
prezidenti Boris Yeltsinə danışır. Yeltsin onu dinləyir və deyir:
“Yaxşı, get işlərində məşğul ol”.
Asif
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































