Paranormal
Yadplanetlilər bunları Yeri dağıtmaq üçün EDİR? - Azərbaycanlı alimdən SENSASİYALI İDDİA
Son günlər bir-birinin ardınca Rusiya, İran Türkiyə və Qazaxstanda baş verən zəlzələlər bölgədə aktivliyin artması təəssütarını yaradıb. Bu aktivliyin son vaxtlar Yerdə daha çox görünmələri ilə bağlı xəbərlər yayılan yadplanetlilərlə əlaqəsinin olması fikirləri də var. Belə ki, zaman-zaman Yer kürəsində ekoloji sabitliyin pozulmasından narahatlıq duyan yadplanetlilər insanlara xəbərdarlıq edir, müəyyən işarələr verirlər.
Yer kürəsində artan aktivliyin yadplanetlilərlə əlaqəsinin olub-olmamasına uzun illərdir ki, ufologiya ilə məşğul olan Nazim Əhmədli Publika.az-a açıqlamasında aydınlıq gətirib: “Bəşəriyyətdə elmi-texniki tərəqqi inkişaf edəndən sonra Yer kürəsi buna tab gətirə bilmir. Yer kürəsinin təbii sərvətləri hesabına əldə olunan enerji Yer kürəsinə zərər vurub. Yaxşı olar ki, alimlər alternativ enerji mənbələri üzərində daha çox çalışsınlar. Artıq bəşəriyyət ekologiyaya ciddi zərər vurub. Ufolar milyon illərdir Yer kürəsi ilə əlaqədədir. Onların Yerə gələrkən istifadə etdiyi vasitələr digər enerji mənbələri ilə işləyir. Onu da qeyd etməliyik ki, bu gün Yer kürəsində baş verən bir çox təbiət hadisələri də məhz tarazlığın pozulmasından baş verir. İnkişaf və təkamül prosesi də pozulub”.
Zəlzələlərlə UNO-ların hər hansı əlaqəsinin olmasına gəldikdə, N.Əhmədli onların Yer kürəsinə müxtəlif işarələr göndərdiklərini dedi: “Yadplantlilər düzlərdə, tarlalarda qoyduqları işarələrlə insanlara səhv yolda olduqlarını başa salmağa çalışırlar. Bu işarələrin də kodlarını tam açmırlar. Lakin istədikləri vaxtda onlar Yer kürəsini məhv edə bilərlər. Ancaq bu məsələ hələ ki, onların gündəliyində deyil. Çünki Yer də kainatın bir parçasıdır. Yerdə baş verən bütün fəlakətlər kosmosda öz əksini tapır. Bir şeyi də qeyd edək ki, zəlzələ və vulkanlar Yer kürəsində baş verən təbii proseslərdir. Bunlar həm də insanların ekologiyanı pozmasına Yer kürəsinin reaksiyasıdır. Zəlzələ, vulkanlar təbiət hadisələri olsalar da, tarazlıq pozulanda onlar daha təhlükəli olur. Lakin bir şeyi unutmayaq ki, bu gün yadplanetlilər Yer kürəsinə çox da müdaxilə etmək istəmir. İnsanların özlərinin səhvlərinin dərk etməsini gözləyir. Lakin Yerdə baş verən bütün fəlakət, zəlzələlərin hamısını yadplanetlilər izləyir, bəzən daha böyük fəlakətlərin qarşısını alırlar. Çünki onların bir qismi bəşəriyyətin məhv olmasını istəmirlər”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Gülxar
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var