Paranormal
Çılpaq halda dağa çıxır, çay əvəzinə ilan zəhəri içir, nəfəs almadan... - Onlar bu dünyadan deyil - -FOTO
Fövqəlgücə sahib olan qəhrəmanlar yalnız nağıllarda,
yaxud müasir filmlərində olmur. Çox nadir hallarda olsa da, onlara
real həyatda da rast gəlmək mümkündür.
Publika.az dünyada fövqəlgüc sahibi olaraq tanınan 4 insanın
qeyri-adi qabiliyyətini təqdim edir. Bu insanların tibb elminə də
böyük köməyi var.
İlan zəhəri ilə qidalanan musiqiçi
Kaliforniyada yaşayan musiqiçi Stiven Lyudvin: o, ilan zəhərini
xoşlayır.
“Mənim üçün ilan zəhəri qəhvə kimi bir şeydir. Onu içəndə özümü
daha gümrah və güclü hesab edirəm”, - deyə Stiven bildirir.
Onun evində 17 ilan yaşayır. İki pitondan başqa, digər ilanların
hamısı öldürücü zəhərə malikdir. Stiven təxminən 30 ildir zəhərlə
“qidalanır”. Həmçinin, öz damarına ilan zəhəri yeridir.
Hər şey uşaq vaxtı, atası onu Mayamidə ilan saxlanılan məntəqəyə
(serpentarium) aparanda baş verdi. Məntəqənin direktoru ilan
zəhərinə qarşı zəhərin özündən immunitet hazırlayır və öz bədəninə
vururdu. Bu Stivendə dərin təəssürat yaratdı.
Musiqiçi danışır ki, həmin direktor heç vaxt xəstələnmədiyini iddia
edirdi: “Nəticədə o, 100 il yaşadı. Mən bunu həmişəlik yadda
saxladım”.
Stiven 1987-ci ildə Londona köçür və burada zəhərli ilan satan
şirkətə işə düzəlir. Məhz o vaxt özünə ilk dəfə ilan zəhəri vurur.
Həmin vaxtdan ilanlar onu sancır və onun bundan xoşu gəlir. Amma
bir dəfə az qala öləcəkdi: 2008-ci ildə səhvən gürzə və Amerika
ilanının zəhərindən, həmçinin, bir neçə əlavə zəhərdən özü üçün
kokteyl düzəldir. Kokteyli içəndən sonra ölüm həddinə çatsa da
xilas ola bilir. Lakin zəhər içməkdə davam edir.
Stiven deyir ki, zəhər ona cavan qalmağa kömək edir. O, 13 il qripə
tutulmayıb.
Kopenhagen Universitetinin alimləri Yer kürəsində Stiven kimi
ikinci bir insanın olmadığını hesab edirlər. Stiven tibb elminə
kömək etməyə çalışır. Bunun üçün o, ildə dörd dəfə Kopenhagenə
uçur, qanından və sümük iliyindən analiz verir. Alimlər gələcəkdə
müxtəlif zəhərləri onun üzərində sınaqdan keçirməyi düşünürlər.
İyləyərək xəstələrə diaqnoz qoyur
Böyük Britaniya vətəndaşı Coy Miln danışır ki, bir dəfə əri
qorxmağa başladı. Lakin o, buna elə də fikir vermədi. Sonra isə
onun ərinə parkinson (mərkəzi sinir sistemi) xəstəliyi diaqnozu
qoydular. Bu xəstəliyə tutulanlarda “xəstəlik qorxusu” olur. Bu
xəstəlikdən əziyyət çəkənlərə kömək edən Xeyriyyə təşkilatı onlara
da yardım edir. Miln təşkilatda bu qorxuya tutulmuş insanları
görür.
2012-ci ildə Miln neyrobioloq Tila Kunatanın mühazirəsinə gəlir.
Sona qədər dinlədikdən sonra bildirir ki, o, parkinson xəstəliyinə
tutulmuş insanları iylə tapmağı bacarır. Neyrobioloq onun sözlərini
ciddi qəbul etmir. Lakin həmkarları ilə söhbətdən sonra fikrini
dəyişir və Milni tapır. Ona iki köynək göstərir və xahiş edir ki,
hansının parkinson xəstəliyindən əziyyət çəkən insana məxsus
olduğunu müəyyən etsin. O, köynəyi iyləyir və asanlıqla tapır.
Neyrobioloq ona əlavə yeddi köynək verir və Miln yalnız yeddinci
köynəkdə səhv edir. Lakin bir il sonra məlum olur ki, Miln əslində
səhv etməyib, yeddinci köynəyin sahibində də eyni xəstəlik var
imiş.
Tədqiqatçılar müəyyənləşdirdilər ki, parkinson xəstəliyinə yoluxmuş
insanın paltarının yaxalığından iy gəlir. Fərz etdilər ki, bunun
mənbəyi yağlı vəzlərdir. Parkinson xəstəliyi dəri ilə piyin
ayrılmasına təsir edir. Hazırda alimlər Milnin unikal qabiliyyətini
Parkinson xəstəliyinin diaqnostikası üçün texnologiyaya çevirməyə
çalışırlar. Əgər buna müvəffəq olacaqlarsa, o zaman xəstəliyin
müalicəsinə erkən vaxtı başlaya biləcəklər.
Buzlu insan
Hollandiyalı Vim Hof 17 yaşında özündə buzlu gölə tullanmaq arzusu
hiss edir. Bu, qarşısıalınmaz arzu idi və o bunu edir, həmçinin,
aşkar edir ki, soyuq ona təsir etmir. Həmin vaxtdan 40 il keçib və
Hof ən dəhşətli şaxtaya da asanlıqla dözə bilir. Vim 2007-ci ildə
Şimal Qütbünə yola düşür. O, ayaqqabısını çıxararaq, qar üzərində
21 kilometr qaçır. Temperatur -35 dərəcə idi. İki il sonra o,
paltarını soyunaraq, yarıçılaq halda Kilimancaro dağının zirvəsinə
qalxır. Sonra 20 dərəcə şaxtada 42 kilometr qaçır. 2011-ci ildə o,
ağzına qədər buzla doldurulmuş vannada 113 dəqiqə qalır və Ginnesin
Rekordlar Kitabına düşür.
Vim hesab edir ki, o, bu qabiliyyətə Tibet yoqlarının ixtira etdiyi
tənəffüs texnikasını inkişaf etdirməklə nail olub. Hətta o, “Buzlu
insan olmaq” adlı kitab da yazıb.
Qəribə də olsa alimlər hesab edirlər ki, Vimin bu fikrində həqiqət
payı var. Tədqiqatçılar sınaq üçün Vimin bədəninə qripə səbəb olan,
yüksək hərarət yaradan zəhər daxil etdilər. Lakin bunların heç biri
hollandiyalıda baş vermədi. Alimlər belə nəticəyə gəldilər ki,
tənəffüs sisteminin tənzimlənməsi orqanizmdə immunitenti
gücləndirir.
Suyun altında 10 dəqiqə qalır
2016-cı ildə Serbiyadan olan Branko Pyotr yeni dünya rekordu qırdı:
o, suyun altında 10 dəqiqə 14 saniyə qala bilirdi. Normal insan
havasız orta hesabla 30 saniyə qala bilir. Lakin Pyotr nəfəslərini
ən çox saxlayan dalğıcları da ötür. O, beş il ərzində sualtı ovla
məşğul olub və özünü də belə inkişaf etdirib. Pyot peşəsini də məhz
peşəkar idmançı olmaq üçün atır.
Onun bu qabiliyyəti alimləri çox düşündürür. Çünki dalğıclar
maksimum 5 dəqiqə suyun altında qala bilirlər. Soyuq suda insanın
ürək döyüntüsü yavaşlayır, damarlar daralır və qan beyinə və ürəyə
daha az gedir. Oksigen balonu olmadan ən peşəkar dalğıc belə suyun
altında 10 dəqiqə qala bilməz. Bəs Pyotr bunu necə edir?
Tədqiatçılar buna dəqiq cavab tapa bilmirlər.
Asif
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı