Paranormal
Əylənməyə gedən qızların kabus şoku - BAŞLARINA GƏLƏNƏ İNANMAQ OLMUR - - FOTOLAR
Britaniyalı qızlar pab-klubda istirahət edərkən qəribə hadisə yaşanıb.
Publika.az xəbər verir ki, 22 yaşlı Viktoriya Qrivs və onun rəfiqəsi 23 yaşlı Keyli Atkinson axsam vaxtı getdikləri pab-klubda şəkil çəkdiriblər. Qızlar əmindilər ki, şəkil çəkilən an arxada heç kim olmayıb. Şəkli unudan rəfiqələr maraqlı "mənzərəni" çox sonra görüblər.
Keyli çəkilən şəkillərə baxarkən arxada yaşlı qadına bənzər kabus olduğunu görüb. Gördüklərindən şoka düşən Keyli bu barədə rəfiqəsi Viktoriyaya xəbər verir.
"Keyli mənə zəng edərək klubda çəkdirdiyimiz şəkilə diqqətlə baxmağımı və nə gördüyümü soruşdu. Şəkilə baxdim və öncə heç nə anlamadım. Daha sonra Keyli mənə şəkildəki, 3-cü şəxsi göstərdi. Doğurdan da, arxada yaşlı qadına bənzər kabus vardı. Mən belə şeylərə inanmırdım. Sadəcə güldüm"-deyə Viktoriya "Mirror"a açıqlamasında bildirib.
Hadisədən dəhşətə gələn qızlar baş verənlərə heç bir izah gətirə bilməyiblər. Britaniyalı qızlar neçə illərdir həmin pab-klubun daimi müştəriləri olublar. Belə bir hadisə ilk dəfə idi başlarına gəlirdi.
Şəkli telefonlarından silən qızlar bir daha həmin pab-kluba getməyəcəklərini bildiriblər.
Sosial şəbəkədə paylaşılan fotoya müxtəlif rəylər gəlib. Bəziləri şəkilin fotoşop olduğunu düşünüb.
Pabın nümayəndəsi hadisə ilə bağlı onu deyib ki, bu sadəcə qurmadır:
"Belə şey ola bilməz. İllərdir burda çalışıram, bənzər hadisələrə rast gəlməmişəm. Bəlkə də müştərilərdən kimsə onlarla zarafat etmək istəyib. Bunun başqa açıqlaması ola bilməz".
Könül Cəfərli
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































