Paranormal
NASA rəhbərindən ŞOK SÖZLƏR: "Kosmosda çox qorxunc şeylər baş verir, yadplanetlilər gəlir" - - VİDEO
NASA-nın direktoru Çarlz Bolden mətbuat konfransında şok açıqlamaları ilə yadda qalıb.
Direktorun sözlərinə görə, yadplanetlilərin Yer kürəsinə müdaxiləsi 2025-ci ilə qədər davam edəcək. O qeyd edib ki, kosmik sahənin bəşəriyyət tərəfindən aktiv mənimsənməsi gəlmələrin diqqətini cəlb edib.
Publika.az xəbər verir ki, ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən konfransda Çarlz Bolden hazırda kainatda təxminən 30 mindən çox yerdən kənar sivilizasiyanın olduğunu deyib:
"Yadplanetlilər istənilən zaman bizim planetimizə soxula bilər, hətta kütləvi hücum edə bilərlər. Ehtimal olunan hadisəyə bəlkə də, cəmi bir neçə ay müddət qalıb. Kosmosda çox qorxunc şeylər baş verir. Bizim yadplanetliləri izlədiyimiz kimi, artıq onlar da bizim varlığımızdan xəbərdar olub, bizi izləyirlər. Hesablamalara görə, kainatda 30 minə yaxın yadplanetli svilizasiyalar mövcuddur. Düşünürəm ki, son 10 ildə bəşəriyyətin kosmik sahədə göstərdiyi fəaliyyət onların diqqətini üzərimizə çəkib".
Amma bir neçə saat sonra Bolden konfransda səsləndirdiyi fikirlərdən imtina edib. 6 ay müddətinə hər şeydən uzaqlaşıb.
Xaos yaradan fikirlərin qarşısını almaq üçün NASA-ın bir çox əməkdaşı Çarlz Boldenin səsləndirdiyi fikirlərin onun tam olaraq şəxsi münasibəti olduğunu bildirdi. Bildirilib ki, NASA yadplanetlilərin planetimizə müdaxiləsi barədə heç bir informasiyaya malik deyil.
Çarlz Bolden əfsanəvi "Kolumbiya", "Diskaveri", "Atlantis" missiyalarının iştirakçısı olub. 600 saatdan çox açıq kosmosda olan Bolden birinci dəfə deyil ki, yadplanetlilərin Yer kürəsinə gözlənilən müdaxiləsi barədə danışır.
Könül Cəfərli
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman23 İyul 21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin123 İyul 20:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO


















.png)


.jpg)

.jpg)












