Paranormal
Stalini idarə edən SEHRBAZ QADIN: liderin caduladığı vəzifəlilər və qəlyanlı FOTONUN SİRRİ
Bir sıra dünya liderlərinin yanında sehrbazların,
ekstrasenslərin fəaliyyət göstərdiyi haqda məlumatlar var.
Publika.az xəbər verir ki, SSRİ rəhbərləri də
ekstrasenslərin köməyindən kifayət qədər istifadə edirdi.
Stalin isə bu liderlər arasında xüsusi seçilir. Onun əsas sehrbazı
Qeorqi Qurdjiyev idi. Məlumatlara görə, Stalinlə Qurdjiyev Tiflisdə
dini seminariyada bir yerdə oxuyublar. Hətta İosif Cuqaşvili ilə
Qurdjiyevin hansısa “Şərq qardaşlığı” adlı gizli cərəyanın üzvü
olması haqda da fərziyyələr mövcuddur. Stalin SSRİ-nin rəhbəri
olanda da keçmiş dostunun sehrbazlıq qabiliyyətindən istifadə
edib.
1930-cı illərdə isə Stalin Serqey Kirova güclü sehrbaz tapmağı
tapşırır. Kirov bu işi “Ayı” ləqəbli leninqradlı agentə həvalə
edir. Axtarışlar nəticəsində Natalya Lvov adlı birini tapırlar. Bu
qadın istənilən insanı öz iradəsinə tabe etməyi və onu istənilən
hərəkətə sövq etməyi bacarırdı. Stalinin gizli əmri ilə Natalya
Lvov Moskvaya gətirilir və “məsləhətçi” vəzifəsinə təyin edilir.
Sehrbaz qadının məsləhəti ilə Stalin ilk növbədə öz doğum tarixini
dəqiq göstərmir. Qadın sehrbazın fikrincə, doğum tarixini dəqiq
göstərmək bədxahların Stalinə cadu etməsinə imkan yarada bilərdi.
Bununla yanaşı, onun tövsiyəsi ilə Stalin şəkil çəkdirməkdən və
rəssamlara poza verməkdən imtina edir. Versiyalara görə, Stalinin
portretlərindəki adamların əksəriyyəti onun oxşarları olub.
Rəhbərin yalnız bir orijinal şəkili mövcuddur. Bu şəkildə də Stalin
profildən çəkilib, gözləri bağlıdır, ağzında isə qəlyan var. Bu
şəkilə sehrli təsir göstərmək mümkün deyil. Birincisi, göz
görünmür, ikincisi qəlyan qoruyucu aura yaradır.
İddialara görə, Stalin başqalarının yanında təsadüfən qəlyan
çəkmirdi. Məqsəd qoruyucu aura yaratmaq və kənar təsirlərin
qarşısını almaq idi.
Natalya Lvov Stalinin siyasi rəqiblərini neytrallaşdırmağa
hesablanmış sehrli mərasimlər də keçirirdi. Nəticədə rəqiblər
tez-tez səhvlərə yol verirdilər.
Natalya Lvovun Stalinin “məsləhətçisi” təyin olunandan qısa vaxt
sonra Kirov öldürüldü. Daha sonra “Ayı” ləqəbli agenti Kirovun
qətlində günahkar kimi güllələdilər. Əslində bu, Natalya Lvovu
tanıyan hər iki şəxsin aradan götürülməsi və sirrin qorunması
idi.
Stalinin heç bir səbəb olmadan gözlənilməz kadr dəyişiklikləri
yerinə yetirməsində də qadın sehrbazın rolunun olduğu deyilir.
Stalinin belə qərarları Natalya ilə növbəti “seans”dan sonra
verdiyini deyən şahidlər də var. Ehtimal ki, qadın sehrbaz Stalinə
kimi hansı vəzifəyə qoymaq, kimi oyundan kənarlaşdırmaq haqda
məsləhətlər verirdi. Natalya Lvov haqda çox az məlumat var. Qadın
bir gün qəfil yoxa çıxdı, ehtimal ki, dövlət sirlərini bilən
sehrbazı “aradan götürmüşdülər”.
Asif
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ