Paranormal
Yer kürəsi bu tarixdə məhv olacaq - DƏQİQ VAXT
Beynəlxalq astrofiziklər Yer kürəsində Armaqeddonun dəqiq tarixini açıqlayıblar.
Publika.az xarici mediaya istinadən “Gaia”nın (“Global Astrometric Interferometer for Astrophysics”) astrofizikləri dünyanın sonuna 1,3 milyon il qaldığını müəyyən ediblər.
Armaqeddon xristian esxatologiyasında (xristian teologiyasının Bibliya əsasında dünyanın sonu, bəşəriyyətin aqibəti kimi məsələləri tədqiq edən sahəsidir - red.) şər və xeyir gücləri arasında son döyüşdür. Sonralar bu ifadə xristianlığın kontekstindən kənara çıxaraq daha çox ümumi məna daşımağa başlayıb: dünyanın sonu, qlobal müharibə və ya qəza, xeyir və şərin gücləri arasında son, həlledici döyüş.
Armaqeddon Yer planetinə kometalar və asteroidlərin axını və “Gliese 710” ulduzunun Günəş sisteminin qravitasiya hüdudlarına düşməsi ilə baş verəcək.
Qalaktikada gələcəkdə Günəş sisteminə bir milyon astronomik vahiddən (Astronomik vahid uzunluq ölçüsüdür. Bir astronomik vahid 149 597 870 kilometrdir - red.) daha yaxın olacaq 97 ulduz aşkar edilib. Onların arasında 16 ulduz Günəşə 400 min astronomik vahid məsafəyə qədər yaxınlaşacaq. “Gliese 710” Günəşə hamıdan daha yaxın olacaq.
Kometaların bir hissəsi Günəş sisteminə yönələcək. Əgər Yer kürəsi belə göy cisimlərindən biri ilə rastlaşarsa, faciədən qaçmaq mümkün olmayacaq. Məhz dinozavrların nəslinin kəsilməsini tez-tez göy cisimlərinin belə hücumu ilə əlaqələndirirlər.
Ömər Dağlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































