Paranormal
NASA-nın bəşəriyyətdən gizlətdiyi hücum - YERƏ YAXINLAŞIRLAR
Ufoloqlar Yer planetinə yaxınlaşan yüzlərlə uçan naməlum obyektdən (UNO) xəbər verirlər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, alimlər Yer kürəsinin yaxın gələcəkdə yadplanetlilərin hücumuna məruz qalacağını bildirirlər.
İddia edilir ki, kosmik fotolarda yüzlərlə UNO-nu ayırd etmək olar. Ufoloqların sözlərinə görə, Amerika Milli Kosmik Agentliyi (NASA) gələcək müdaxilə haqqında məlumatlıdır, ancaq NASA-nın mütəxəssisləri susurlar və bu informasiyanı qəsdən gizlədirlər.
Günəş sistemində yadplanetlilərin olması və onların izləri haqqında xəbərlər həmişə internet istifadəçiləri arasında məşhur olub. Ancaq son zamanlar UNO-lar barədə xəbərlər tez-tez meydana çıxmağa başlayıb. Ufoloqlar bildirirlər ki, NASA-nın nümayəndələri yadplanetlilər haqqında bilirlər və hətta onlarla əməkdaşlıq edirlər, amma bu informasiyanı geniş auditoriyadan gizlədirlər.
Lakin alternativ konspiroloji nəzəriyyə mövcuddur ki, kosmik agentliklər insanları qorxutmaq üçün yadplanetlilərin basqınını “səhnələşdirirlər”.
Astrofiziklərin bəziləri isə hesab edirlər ki, bəşəriyyət bu gün Yer planetindən kənar həyatın mövcudluğunun etibarlı sübutlarına malik deyil.
Bir neçə elmi proqram mövcuddur ki, mütəxəssislər həqiqətən başqa planetlərin sakinləri ilə əlaqə yaratmağa və ya heç olmasa onların mövcudluğunun mübahisəsiz sübutlarını əldə etməyə çalışırlar. Amma bu səylər hələ ki, nəticə verməyib.
Ömər Dağlı
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






























.jpg)



