Paranormal
RUH ÇAĞIRMA - 4 nəfərin başına gələn DƏHŞƏTDOLU ANLAR - - VİDEO
Psixoloq və qeyri-adi güclərə sahib insan olduğunu iddia edən Mark Edvar maraqlı ritual keçirib.
Publika.az xəbər verir ki, ABŞ-ın əksər ştatlarında "ruh çağırma" ritualları geniş yayılıb. İnsanlar bunun üzərindən inanılmaz pullar qazanırlar. Bəs görəsən bu, həqiqətən doğrudurmu? İnsanla ruh arasında dəqiq informasiya mübadiləsi ola bilərmi?
Sosial şəbəkələrə yüklənən videoda bu rituallara inanıb-inanmamaqda qərarsız qalan 4 insan görürsüz. Bu insanlar hər biri bu ritualların doğrudan mövcud olub-olmadığını dəqiqləşdirmək üçün buraya qatılıblar. Seans zamanı iştirakçılardan birinin yaxınının ölüm səbəbi axtarılıb. İddiaya görə, Edvard bunu ruhun özündən öyrənir. İştirakçılar qəti surətdə taxtanı oynatmadıqlarını desələr də, bir neçə dəqiqə sonra olanlar qarşısında şoka düşürlər.
Taxta üzərində yazılan yazıya görə (car) çağırılan ruh avtomobil qəzasında öldüyünü deyib. Və taxtanı da o hərəkət etdirib.
Daha sonra iştirakçıların gözləri bağlanır və digər iştirakçılardan biri babasının ruhunu çağırmaq istədiyini deyir. Edvard iştirakçıdan ölüm tarixini dəqiq bilib-bilmədiyini soruşur. Və budur. Gözü bağlı şəkildə sınağın nəticəsi uğursuz olub.
Bu prosedurların istiqamətini məhz insan özü yönləndirir. Elmi cəhətdən açıqlama verən Virciniya universitetinin professoru Cim Koan deyir ki, bu "İdeomotor Effect" adlanır: "İnsanlarda beyinin sol yarımkürəsi sizi həqiqətləri qeyri-ixtiyari etiraf etməyə vadar edir. Beynimiz özümüz də hiss etmədən əzələlər vasitəsilə bizə istiqamət verir. Öz hissiyyatınız sizi aldadır və siz buna qarşı heç nə edə bilmirsiz. Bütün sirlər bundan ibarətdir".
Könül Cəfərli
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































