Paranormal
Nostradamusun proqnozu gerçəkləşir: "İrma", "Mariya", "Harvi" haqqında inanılmaz ÖNGÖRÜ
XVI əsrdə Fransada yaşamış həkim Mişel de Nostradamusun özünü doğrultmuş proqnozları onu bizə münəccim kimi tanıdıb. Tarix boyu ən önəmli hadisələr onun daha əvvəl verdiyi proqnozlara uyğun şəkildə cərəyan edib. 1503-1566-cı ilərdə yaşamış Nostradamusun 2017-ci il üçün verdiyi proqnozlar da düz çıxmağa başlayır.
Publika.az sizə Mişel de Nostradamusun 2017-ci il üçün dünyada, xüsusilə Amerika və Türkiyədə nələrin baş verəcəyinə dair proqnozlarını təqdim edir:

Amerikanın vəziyyətinə baxılsa, təxmin etmək olar ki, bu istiqamətdə proqnozlar o qədər də ürəkaçan deyil. Məlumatda 2017-ci ildə Amerikaya “yüksək səslə danışan, utanmaz” bir liderin başçılıq edəcəyi yazılıb.
Günümüzdən əsrlər əvvəl yaşamış olmasına baxmayaraq, Nostradamusun ona tamamilə yad olan bu dünyanı belə şərh etməsi doğurdan da maraqlıdır.
Yazıçı və siyasətçi Piter Makhol bütün bu maneələri kompleks cavablarla əvvəlcədən şərh etmiş Nostradamusun proqnozlarının sistemli şəkildə hazırlandığını iddia edir. Onun sözlərinə görə, bu inanılmayacaq bir uğurla hazırlanıb.

P.Makhol bu proqnozları daha dərindən araşdıraraq orada başqa məlumatların da olduğunu bildirib. Mənbələrdə 7 dəhşətli xəstəliklərdən söhbət açılır. Dünya ölkələrində ağır epidemiyalar başlayacaq, xüsusilə ABŞ-ı silkələyəcək hadisələr baş verəcək.
Ətraf mühit fəlakətlərinə dair proqnozlarında, Günəş və Ayın buludlarla örtülüb dünyanı qaranlığa qərq edəcəyi yazılıb. Nostradamus cari il üçün çoxsaylı yeraltı təkanlar, sel, qasırğa, yanğınlar və digər təbii fəlakətlərin baş verəcəyini öncədən görüb.
Kahinin şifrələrini oxuyan mütəxəssislərdən biri əslən fransız olan Piter Lemesurier qlobal isinmə və eləcə də nəhəng su basqınları ilə bağlı proqnozların artıq özünü doğrultduğunu vurğulayıb.

Öz ölümünü belə görən kahin 1566-cı ilin iyun ayında “Cordeliers” kilsəsi divarına şaquli olaraq basdırılıb. Con Hoquenin "The New Revelations" adlı əsərinə görə, Nostradamusun məzarı 1700-cü ildə məqsədli şəkildə başqa yerə köçürülüb. Məzarının açılacağını belə öncədən görən kahin “bu hadisə harada baş verərsə, həmin yerlər lənətlənmiş olacaq” deyə qeydlər edib. Məzar isə Fransız inqilabından sonra 1791-ci ildə sərxoş əsgərlər tərəfindən açılmışdı. Həmin əsgərlərin daha sonra faciəli şəkildə öldürüldükləri də qeyd edilib.
Nostradamusun “Əsrlər” adlı kitabının üç cildində yazılan məlumatlar bununla da bitmir. İndoneziya, Yunanıstan və Türkiyədə yeraltı təkanlar, Amerikada nəhəng su basqınları, iki ölkə arasında hərbi savaş olacağı kimi məlumatlar yer alır.

Mütəxəssislər son aylarda baş verən dəhşətli “İrma”, “Harvi”, “Mariya” qasırğalarının kahinin proqnozları ilə əlaqəli olduğunu belə düşünür. Baş verənlərin bənzərliyi alimləri düşündürür. Bir qrup mütəxəssis həmin qeydləri yenidən incələməyi düçündüyünü belə deyib.
Nostradamusa görə, Üçüncü Dünya Müharibəsi 2076-cı ildə baş verəcək.
Könül Cəfərli
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






























.jpg)



