Paranormal
NASA: "Ozon dəliyindəki kiçilmə kritik həddədir"
ABŞ Kosmik və Aeronavtika İdarəsi (NASA) ozon təbəqəsindəki dəliyin bu il normaldan daha artıq kiçildiyini bildirib.
Publika.az xəbər verir ki, NASA bununla bağlı narahatlığın davam etdiyini qeyd edib.
NASA 1985-ci ildə kəşf edilən ozon təbəqəsindəki dəliyi peyklər və hava balonları vasitəsilə izləyir. Qurum il boyunca ozon dəliyində baş verən dəyişikliyin 11 sentyabrda ən yüksək zirvəyə çatdığını açıqlayıb.
NASA-nın Qoddrad Kosmik Uçuş Mərkəzində işləyən Paul Nyuman Antraktida üzərindəki stratosfer qatında mövcud hava şərtləri ilə müqayisədə dəliyin kiçilməsinin normal olduğunu bildirib. O, istiliyi aşağı salan qlobal dəyişikliyin dəliyin kiçilməsində önəmli bir faktor olduğunu qeyd edib.
NASA ozon dəliyindəki kiçilmənin yaxşılığa doğru olmadığını açıqlayıb. Dəliyin hazırki ölçüsü 20 milyon kilometr, yəni Avstraliya qitəsinin ölçüsündən 2.5 dəfə çoxdur.
1980-ci illərdə ozon dəliyinin həyəcanverici səviyyədə olmasından sonra xloroflorokarbonlar da daxil olmaqla, bir çox zərər verən maddənin Yerə gəlməsinin qarşısını almaq üçün beynəlxalq tədbirlər görülməyə başlamışdı. NASA isə 2070-ci ilə qədər dəliyin 1980-ci illərdəki səviyyəsinə geri dönməsini gözlədiyini demişdi.
Zümrüd
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































