Paranormal
İnsan bədəni "makaron" şəklində məhv olacaq - AÇIQLAMA
Astrofiziklər "Qara dəlikli" qalaktikanın insanları necə məhv etməsi haqqında maraqlı açıqlamalar veriblər.
Publika.az xəbər verir ki, astronomiya və astrofizika alimlərinin araşdırmalarına görə, qalaktikada 25 milyona yaxın böyük və kiçik ölçülü "Qara dəliyə" malik ulduzlar insanlar üçün olduqca təhlükəlidir. Bu günə qədər təsbit edilmiş 7 nəhəng "Qara dəlik"li ulduzun daxilində 1300-ə qədər kiçik ölçülü "Qara dəliklər"in olduğu müəyyən edilib.
Alimlərin sözlərinə görə, bir-birindən ölçülərinə görə fərqlənən bu dəliklərin partlayış gücü və canlıların yaşadığı planetə təsiri də fərqlidir.
"Today News" nəşrinin dərc etdiyi məqaləyə görə, alimlər qara dəliyə yaxınlaşma anında insan bədəninin radiaktiv şüalar nəticəsində hansı hallara düşəcəyindən danışır.
Nəhəng kosmik şüanın təsiri altında qalan insan bədəni həlak olacaq. Əgər insan bədəni ulduzlu kütlənin dəliyinə yaxınlaşarsa, üfüqi istiqamətdə şüaların təsirindən yığılaraq uzun "makaron çubuğunu" xatırladacaq şəkildə dartılıb parçalanacaq.
Digər qara dəliklərə yaxınlaşan insan bədəni də ölümə məhkumdur. Lakin, onların mərkəzə doğru məsafəsi daha uzun olduğu üçün qravitasiya qüvvəsi, eləcə də üfüqi istiqamətdə hərəkət edən şüalar daha zəif gücə malik olduqları üçün bədən yanaraq kül ola bilər.
Bütün fərqli ehtimallara rəğmən, bu dəliklərə yaxınlaşan insanın geri qayıtmaq kimi şansı yoxdur.
Alimlər müasir dövrdə ulduzların daxilinə sirayət edərək, "Qara dəliklər"i daha yaxından araşdırmaq istəyirlər. Lakin geri qayıtmaq üçün minimum dərəcədə şansın olub-olmadığı dəqiqləşdirilməlidir.
Könül Cəfərli
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi












.jpg)










.jpg)



.png)



.jpg)








