Paranormal
Sabiq müdafiə naziri: "4 növ yadplanetli gəlmişdi, güllələdik"
Kanadanın keçmiş müdafiə naziri Paul Helyer 4 növ yadplanetlinin Yer kürəsinə gəldiyini və onların məhv edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, keçmiş nazir yadplanetlilərin yerlə əlaqəsini gizlətmək üçün trilyonlarla dollar xərcləndiyini etiraf edib.
1963-1967-ci illər arasında nazir vəzifəsində işləyən P.Helyer 1960-cı illərdə Yer kürəsinin yadplanetlilərlə əlaqəyə girdiyini deyib:
“İllər öncə başqa planetlərdən qonaqlar gəldi və dünyanın gedişatı mövzusunda bizi xəbərdar etdilər. Bizə yardım təklif elədilər. Biz isə buna rəğmən onları yaşama təhdid kimi gördük və öncə atəş açdıq, daha sonra sual vermək taktikasını işə saldıq.
1961-cı ildə - Soyuq Müharibə dövründə 50 UNO Rusiya üzərindən Avropaya doğru enməyə başladı. Komandirimiz çox narahatlıq keçirmişdi. O, həyəcan siqnalına basaraq, ordunu mövqelərə yerləşdirdi. Bu hadisədən sonra araşdırma başladıldı və planetimizə 4 fərqli yadplanetli gəldiyi ortaya çıxdı”.
O, yadplanetlilərin fərqli ulduz sistemlərindən gəldiyini və onların Andromedaya, Saturnun Ay peykinə aid olduğunu deyib.
Zümrüd
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































