Paranormal
152 il sonra ilk dəfə BAŞ VERİR - Dünyanın gözü ORA DİKİLDİ - VİDEO
Bu ilin ilk Ay tutulması başlayıb.
Publika.az xəbər verir ki, AMEA Nəsrəddin Tusi adına Şamaxı Astofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun sözlərinə görə tutulma Bakı vaxtı ilə saat 15:48-də başlayıb. Saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.
X.Mikayılov bildirib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.
Qeyd edək ki, bu gecə “super ay”, “mavi ay” və “qanlı ay” eyni vaxtda müşahidə ediləcək.
Bu hadisə sonuncu dəfə 1866-cı ildə müşahidə olunub. Alimlər “nadir ay” deyilən bu hadisəni mütləq izləməyi məsləhət görür.
Dünya Günəşlə Ay arasına girəndə əgər kölgəsi tam olaraq Ayın üzərinə düşərsə, buna “tam ay tutulması” deyilir. Hər 2.5 ildən bir belə Ay tutulmasını Dünyada izləmək olur.
Tutulma zamanı Dünyanın atmosferindən keçən Günəş şüaları fitrlənir və Ayın üstündə qırmızı tonlar müşahidə edilir. Buna isə “qanlı ay” deyirlər.
“Mavi ay” ifadəsi isə bir ay içərisində iki dəfə Ay bədrlənəndə istifadə edilir. Bu da 2.5 ildə bir dəfə baş verir.
Ayın Yerə ən yaxın olduğu vaxtda baş tutan bədrlənməyə “super ay” deyilir. Bu zaman Ay adi vaxtlarda olduğundan 30 faiz daha parlaq və 14 faiz daha böyük görünür. Hər 411 ildən bir “super ay” hadisəsi baş verir.
Göy üzündə bu hadisələrin hər birinin fərqli vaxtlarda görünməsi nə qədər normaldırsa, onların hamısının eyni vaxtda baş verməsi də o qədər nadir haldır. Ay tutulması ilə birlikdə “qanlı ay”, super ay” və “mavi ay” sonuncu dəfə 1866-cı il martın 31-ə baş vermişdi. 1 saat 16 dəqiqə davam edəcək tutulma Asiya qitəsi və okean ətrafı ölkələrdə daha yaxşı müşahidə ediləcək.
Alimlər 152 il sonra baş verən bu hadisəni izləmək üçün teleskoplarını Aya doğru çeviriblər.
-
Səhiyyə01:11İnsan DNT-ni redaktə etməyin yolu tapıldı
-
İdman00:30Nişanından bir ay keçməmiş həbs olundu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq
-
Hadisə6 İyun 23:48Xırdalanda həyəcanlı anlar: Qadın belə xilas edildi - VİDEO
-
Avropa6 İyun 23:12Merts Merkelin şüarını mənimsədi
-
Sosial6 İyun 22:36Azovda həlak olan kapitanın həyat yoldaşı danışdı - VİDEO
-
Elm və təhsil6 İyun 21:48Sosial şəbəkələri silkələyən görüntü: Həmin müəllim cəzalandırıldı - FOTO
-
Magazin16 İyun 21:36"İlk dəfədir belə pul görürdüm, cibim partlayırdı"




































