Paranormal
HAZIRDA ilin ilk Günəş tutulması baş verir
Bu ilin ilk Günəş tutulması bu gün Bakı vaxtı ilə saat 22:55-dən 02:47-dək baş verəcək.
Bu barədə Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər.
Qeyd edək ki, təbiət hadisəsi Sakit və Atlantik okeanın hövzələrini, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.
Ümumiyyətlə isə 2018-ci ildə 3 Günəş tutulması (qismən tutulma) baş verəcəyi barədə bildirilib. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşəcək.
Xatırladaq ki, cari il iyulun 13-də Bakı vaxtı ilə saat 05:48-dən 08:13-dək baş verəcək digər Günəş tutulması isə Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq.
Sonuncu Günəş tutulması isə avqustun 11-də Bakı vaxtı ilə 12:02-dən 15:30-dək baş verəcək. Tutulma Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













