Paranormal
Bu adada insanlar izsiz-soraqsız yoxa çıxır: Elm susur… - VİDEO
Planetimizdə saysız-hesabsız müəmmalı yerlər var ki, onları tədqiq etmək və elm üçün aydınlaşdırmaq sadəcə mümkün deyil. Bu cür təbiət sirləri qarşısında nəinki elm, insanlar da acizdir.
Teleqraf.com xəbər verir ki, belə müəmmalı yerlərdən birinin Envaitenet olduğunu tamamilə söyləmək mümkündür. Adi gözlə görünən bu ada Keniyadakı nəhəng Rudolf gölünün, demək olar, düz mərkəzində yerləşir. Yerli turkan və elmolo tayfaları adaya hətta, ən primitiv sallarla belə asanlıqla gedə bilirlər. Ancaq bu “ovsunlanmış ada”da heç kim yaşamır. Bundan başqa adaya nə alimlər, nə də paranormal hadisələrin tədqiqatçıları gedirlər. Çünki bu adadan, yerli sakinlərin dediyi kimi (bu, praktikada öz təsdiqini tapır) heç kim qayıtmır. Sözsüz ki, bu hal insanlar orada “vaxtından çox” qaldıqda baş verir.
Rudolf gölünün ətrafında yaşayan keniyalı tayfalar arasında belə bir əfsanə dolaşır ki, Envaitenet adasından yerli əhali heç vaxt köçürülməyib. Ancaq 1630-cu ildə qəfildən adanın bütün sakinləri eyni vaxtda yoxa çıxıblar. Keniyalılar əmindirlər ki, adanın ortasında od saçan nəhəng mağara var, mağara hansısa formada insanları cəlb edir və onları “udur”.
Aborigenlər arasında adada yaşamaq istəyən qoçaqlar olurdu. Hətta, bəziləri buna müvəffəq olurdu. Ancaq onlar da az sonra yoxa çıxırdı. Qonşu Loienqalani kəndinin sakinləri onları yoluxmağa gələndə adada canlı həyata dair hər hansı işarə tapmırlar. Onların yalnız əşyaları, hətta yeyilməmiş yeməkləri qalmışdı...
O vaxtdan indiyədək ada sakinsiz qalır. Avropalılar hələ XVIII əsrdə Envaitenetlə maraqlanırlar. Yerli əhalinin bütün xəbərdarlığına baxmayaraq, Hollandiya və Almaniyadan adaya ekspedisiya yola düşür. Heç biri qayıtmır, hamısı yoxa çıxır.
Adanın sirrini açmağa sonuncu dəfə 1935-ci ildə Vivian Fuşun başçılığı ilə bir qrup ingilis alimi cəhd edir. Onun iki həmkarı – tədqiqatçılar Bill Dayson və Martin Şeflis adaya yola düşür və onlar da qayıtmır. Narahat olan Fuş onların ardınca xilasedicilər göndərir, ancaq heç kimi tapmaq mümkün olmur.
Təhlükəli adada indiyədək ancaq ilanlar və timsahlar yaşayır. İtkin düşən sakinlərdən isə heç bir nişanə yoxdur. Yeri gəlmişkən onu da qeyd edək ki, xəritədə rəsmən Cənub adası adlandırılsa da, yerli sakinlər onu Envaitenet adlandırırlar. Bu isə yerlilərin dilində “Geridönməz” mənası verir.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













