Paranormal
Kosmosda UNO gördüklərini deyən NASA kosmonavtları yalan detektorundan keçirildi
NASA-nın Aya səyahət edən ilk “Apollo 11”, “Apollo 14”, “Apollo 15” ve “Gemini 5” kosmonavtları yalan detektorundan keçirilib.
Publika.az xəbər verir ki, buna səbəb kosmonavtların Aya səyahətləri əsnasında UNO (uçan naməlum obyekt) gördüklərini etiraf etmələri olub.
Yalan detektorundan keçirilən kosmonavtlar arasında Buzz Aldrin, Ol Vorden, Qordon Koper və Edqar Mişelin səsləri olub.
Aya ikinci ayaq basan insan kimi tanınan Buzz Aldrinin sözlərinə görə, gördükləri naməlum obyekt L şəklində olub: “Kosmosda müşahidə edə bildiyimiz qədər yaxından bir şey gördük. Amma məntiqimiz gördüyümüz şeyin nə olduğunu açıqlaya bilmir”.
O, gördüyü nəsnənin UNO olmadığını desə də, özəl bir araşdırma komandası kosmonavtın səsini yeni nəsil yalan detektoru ilə sınaqdan keçirib. Sınaq nəticəsində kosmonavtların yalan söyləmədiyi ortaya çıxıb.
ABŞ-da ötən həftə aparılan bir araşdırma qalaktikada yalnız olmadığımızı deyən kosmonavtların doğru söylədiyini ortaya qoyub.
Amerikanın Ohayo əyalətində yerləşən BioAkustik Biologiya Universiteti tərəfindən aparılan araşdırmada kosmosa səyahət etmiş kosmonavtların səsləri analiz edilib. Özəl bir texnologiya ilə aparılan araşdırma nəticəsində bütün kosmonavtların açıqlamalarında yalan söyləmədikləri qənaətinə gəlinib.
Qeyd edək ki, “Apollo 14”də uçan Edqar Mişel kosmosda bir neçə UNO gördüyünü, Koper isə naməlum bir cihaz ordusu tərəfindən təqib edildiyini söyləmişdi.
Zümrüd
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













