Paranormal
İkinci Yupiter aşkarlandı - Alimlərdən ŞOK AÇIQLAMA
Rusiyalı alimlər apardıqları uzunmüddətli tədqiqatların sonunda ikili ulduz sistemində ekzoplanet aşkarlayıblar.
Publika.az xəbər verir ki, İrkutsk Dövlət Universitetindən olan bir qrup alimdən biri, rəsədxananın elmi işçisi Kiril İvanov bildirib ki, "Kourovka Planet Search" (KPS) layihəsi çərçivəsində aparılan müşahidələr nəticəsində yeni ekzoplanet üzə çıxıb.
Müşahidələrdə rusiyalı alimlər tərəfindən hazırlanan unikal riyazi proqramlardan da istifadə edilib. Proqram köməyi ilə Massaçusets ştatından olan astronomlar ikili ulduz sistemində hər 40 saatdan bir parlaqlığı dəyişən maraqlı obyekti aşkar ediblər. Alimlər iddia edir ki, bu işıqlanma ekzoplaneti xarakterizə edir.
Onlar bunu "KPS-1B" planeti adlandırıb. Ölçülərinə görə, Yupiteri xatırladan obyekti "İkinci Yupiter" adlandırmaq olar. Ekzoplanet "ana" ulduzun ətrafında 4 milyon kilometr uzaqlıqda 1 dövrəni təxminən 41 saata tamamlayır. Alimin sözlərinə görə, yeni ekzoplanetin həcmi Yupiterə nisbətən 9% daha çoxdur. İkinci Yupiter adlandırılan ekzoplanet Yer kürəsindən min işıq ili aralıda yerləşir.
Könül Cəfərli
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













