Pul
Dünyanı əsarətinə alan ABŞ dolları və “$” işarəsi haqda İLGİNC BİLGİLƏR
ABŞ dollarının və “$” işarəsinin yaranma tarixi haqqında çox yazılıb. Bununla bağlı həm rəsmi, həm də qeyri-rəsmi açıqlamalar verilib.
Publika.az xəbər verir ki, Rusiya İqtisad Universitetinin İnformatika kafedrasının müdiri Aleksandr Timofeyev sözügedən məsələyə yenidən aydınlıq gətirib.
O qeyd edib ki, dollardan əvvəl Şimali və Cənubi Amerikada bir çox fərqli valyuta dövriyyəyə buraxılıb:
“Həmçinin ABŞ-da müxtəlif ölkələrdə adı fərqli səslənən Şotlandiya dolları və alman talisi meydana çıxıb: talar (Saksoniya), tallero (İtaliya), tolar (Sloveniya), talari (Efiopiya), tala (Samoa), dala (Havay), daalder (Niderland), daler (Danimarka və İsveç). Həmçinin koloniyalarda funt, şillinq, pens, ispan gümüş realları və qızıl dublonlar dövriyyədə idi. ABŞ hökuməti müxtəlif ölkələrin və pul vahidlərinin bu kolleksiyasını “dollar” adlandırmaq qərarına gəlib. 1775-1783-cü illərdə Amerika Müstəqillik Müharibəsi zamanı ölkənin öz kontinental pul vahidi olan dolları buraxması zərurəti yarandı.

Əvvəllər dolların heç bir dəyəri yox idi və digər valyutalarla eyni şəkildə dövriyyədə idi. Bundan əlavə, müharibə zamanı qitədə kağız dolların dəyəri digər valyutaların gümüş sikkələrinə nisbətən çox dəyər itirdi. Müharibənin əvvəlində bir kağız dollar bir gümüş sikkəyə bərabər idisə, müharibələrin sonunda bu barəbərlik itdi”.
Kafedra müdiri əlavə edib ki, ilk dollar ağ və qara rəngdə çap edilib:
“Yalnız 1928-ci ildə satın almağı asanlaşdırmaq üçün dollar yaşıl rəndə çap edildi. Çox az adam bilir ki, məşhur əskinas dizaynını Rusiyadan olan rəssam Sergey Maronovski mühacirətdən sonra tərtib edib. Rəssam pulun bir tərəfində ABŞ-ın böyük möhürünün elementlərini, zeytun budağı və oxları olan qartal təsvir edib.

Bəzilərinin masonların simvolu hesab etdiyi hər şeyi görən göz piramidasını da pulun üstündə görmək olar. Əskinasın tərtibatında dahi rus rəssamı Nikolay Roerixin rolu olduğuna dair mənbələr də var”.
Aysel Şahmar
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir













.jpg)























