Pul
"Bitcoin"in 2024-cü ildə görün nə qədər bahalaşıb - RƏQƏMLƏR
Ticarət məlumatları göstərir ki, 2024-cü ilin əvvəlindən "Bitcoin"in qiyməti iki dəfədən çox artıb.
Publika.az xəbər veirr ki, bu barədə “Prem” agentliyi məlumat yayıb.
Ötən ilin əvvəlindən kriptovalyuta 2,2 dəfə, dördüncü rübdə isə 1,5 dəfə bahalaşıb. Dekabrın əvvəlində "Bitcoin"in qiyməti tarixdə ilk dəfə olaraq 100 min dolları ötüb. Tarixi maksimum dekabrın 17-də qeydə alınıb - 108 min dollar.
"Bitget Research"in aparıcı analitiki Rayan Li qeyd edib ki, 2025-ci ildə "Bitcoin" müqavimət səviyyəsini aşmağa çalışacaq, əvvəlcə 110 min dollar, sonra isə 120 min dollar olacaq.
"Optimist ssenari "Bitcoin"in 2025-ci ilin birinci rübündə 120 min dollara çatacağını güman edir. Mülayim ssenari bitkoinin 110 min dollara yüksəlməsini nəzərdə tutur".
Analitikin proqnozuna görə, pessimist ssenariyə görə, "Bitcoin" 90 min dollara qədər geriləyə bilər.
Hüseyn İbadlı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?

















.jpg)



















