Pul
Dollar 2026-cı ilin ilk yarısında neçəyə satılacaq? - RİSKLƏR AÇIQLANDI
İlin birinci yarısında rubl möhkəm qalacaq, dolların məzənnəsi isə təxminən 80 rubl səviyyəsində olacaq.
Publika.az xəbər verir ki, bu barədə "Sovkombank"ın baş analitiki Mixail Vasilyev Gazeta.ru-ya açıqlamasında bildirib.
"Biz hesab edirik ki, 2026-cı ilin əvvəlində dolların 90 rubldan yuxarı sıçraması riskləri aşağıdır. Bu ssenarinin subyektiv ehtimalı 5–10% təşkil edir. Bu ilin əvvəlindən etibarən dollar rubl qarşısında 24% zəifləyərək 1 dollar üçün 102 rubldan 77 rubla düşüb. Bu, ilin əvvəlindən Brent markalı neftin qiymətinin 17% azalaraq bir barel üçün 62 dollara enməsinə baxmayaraq baş verib. Rublu ticarət balansının profisiti, yüksək əsas faiz dərəcəsi və valyutaya aşağı tələbat (idxalın maliyyələşdirilməsi, kapital axını və xarici borcların ödənilməsi üçün) dəstəkləyib. Hesab edirik ki, bu amillər 2026-cı ilin əvvəlində də qalacaq", - deyə Vasilyev qeyd edib.
O, inflyasiyanın yavaşıması fonunda Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini rübdə 50 baza bəndi azaltmaqla 2026-cı ilin sonuna qədər 14%-ə endirə biləcəyini də istisna etməyib.
Analitikin sözlərinə görə, əsas faiz dərəcəsi azalsa da, real ifadədə yüksək qalacaq və bu da rublu dəstəkləməyə davam edəcək. O, 2026-cı il üçün proqnozlarında Brent neftinin orta qiymətini bir barel üçün 63 dollar səviyyəsində götürür (bu il — 69 dollar).
Vasilyevin qiymətləndirməsinə əsasən, gələn il Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən büdcə əməliyyatları çərçivəsində ehtiyatlardan valyuta satışları bu ilki 33 milyard dollardan 22 milyard dollara qədər azalacaq. Ekspert hesab edir ki, faiz dərəcəsi, büdcə əməliyyatları və neftin rublu dəstəkləyən təsiri zəifləyəcək və bu, 2026-cı ildə rublun mülayim şəkildə zəifləməsinə gətirib çıxara bilər.
Əsas ssenariyə görə (geosiyasi vəziyyət dəyişməz qalarsa), 2026-cı il üçün aşağıdakı orta rubl məzənnələri proqnozlaşdırılır:
-
2026-cı ilin yanvar–mart ayları: dollar — 80 rubl, yuan — 11,3 rubl, avro — 94 rubl;
-
aprel–iyun: dollar — 82 rubl, yuan — 11,6 rubl, avro — 97 rubl;
-
iyul–sentyabr: dollar — 85 rubl, yuan — 12,1 rubl, avro — 101 rubl;
-
oktyabr–dekabr: dollar — 88 rubl, yuan — 12,6 rubl, avro — 105 rubl.
Bununla yanaşı, geosiyasətdə hər hansı müsbət dəyişikliklərin rublun daha da möhkəmlənməsinə səbəb ola biləcəyini analitik yekunda vurğulayıb.
Investing.com-un məlumatına görə, 16 dekabr tarixində dolların məzənnəsi 79 rubldan, avronun məzənnəsi isə 92,8 rubldan yuxarı olub. Moskva Birjasında yuanın məzənnəsi 11,26 rubldan çox təşkil edib.
Hüseyn İbadlı
-
ABŞ01:41ABŞ “Gecə Ovçuları”ndan sonra xüsusi helikopterləri də GÖNDƏRDİ
-
Dünya00:30Maduronun xanımına görə qadınlar AYAĞA QALXDILAR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazanacaqsınız
-
Sosial6 Yanvar 23:00Dəm qazından boğulub ölən Şükranın FOTOSU
-
MDB6 Yanvar 22:12Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR - 15-ə yaxın xəsarət alan var
-
Sosial6 Yanvar 21:36Dubaydakı dəbdəbəli toyun sahibi bu deputatın qardaşı imiş - VİDEO
-
Magazin26 Yanvar 21:00“Eşref Rüya” izləyicilərinə PİS XƏBƏR
-
ABŞ6 Yanvar 20:36"Lənət şeytana, pressinq et" - Alonso ona qışqırıb






.jpg)





























.jpg)
