Pul
Ən varlı ailələrin uğurlarını izah edən 7 VƏRDİŞ
Əgər arzunuz bir gün milyarderlər klubuna qoşulmaqdırsa, biznes məktəbindən deyil, bir kitabdan başlamaq daha yaxşı ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Fortune” yazır.
JPMorqanın ümumi sərvəti 500 milyard dollardan çox olan 100-dən çox milyarder ailəsi üzərində apardığı yeni araşdırma oxumağın uğurla sıx bağlı əsas vərdiş olduğunu göstərib. Digər mühüm faktorlar idman, ardıcıllıq və erkən oyanmaqdır. Amma bu ailələrin ortaq sirri vaxtı idarə etmə bacarığıdır.
“Həyatın valyutası pul deyil, zamandır. Bir dolları necə xərcləyəcəyinizi diqqətlə düşünürsünüzsə, bir saatı necə xərcləyəcəyinizi də eyni ciddiliklə düşünməlisiniz”, – anonim ailə rəhbəri deyib.
Uğur üçün oxumaq
Süni intellekt və texnologiya dövründə, ChatGPT saniyələr içində yüzlərlə səhifəni qısalda bildiyi halda, saatlarla oxumaq sanki səmərəsiz görünə bilər. Amma dünyanın aparıcı biznes liderləri bununla razılaşmır.
Microsoft-un həmtəsisçisi Bill Qeyts intellektual cəldliyini qorumaq üçün ildə təxminən 50 kitab oxuduğunu deyib. Varren Buffett isə gündə beş-altı saat qəzetlər, maliyyə hesabatları və digər materialları oxumağa sərf edir, gələcək liderlərə gündə 500 səhifə oxumağı tövsiyə edir.
“Bilik, mürəkkəb faiz kimi yığılır”, – o izah edib.
Dünyanın ən varli ailələrinin 7 vərdişi (JPMorqan)
Oxumaq
İdman
Ardıcıllıq
Erkən oyanmaq
Tapşırıqları prioritetləşdirmək
Məqsəd qoymaq
Dərin düşüncə üçün vaxt ayırmaq
Milyarderlərin asudə vaxtı
Oxumaq uğur üçün vacib olsa da, milyarder ailələri boş vaxtlarında təbiət, idman və yaxınları ilə keyfiyyətli vaxt keçirməyə üstünlük verirlər. Ən sevilən hobbilər bunlardır:
Açıq hava və təbiət
İş
Ailə və dostlarla vaxt
Tennis
Qış idman növləri
Qolf
Oxumaq
İdman zalında məşqlər
Balıq tutmaq
Velosiped sürmək
Süni intellekt və səmərəlilik
Respondentlərin təxminən 10-nundan 8-i şəxsi həyatlarında AI-dan istifadə etdiklərini, 69%-i isə biznesdə tətbiq etdiklərini bildirib. Məlumatın anında əlçatan olduğu dünyada məqsədli öyrənmə və vaxtın idarə olunması hər zamankindən daha vacibdir.
JPMorqganın 2026-cı il üçün “böyük düşüncə” oxu siyahısına Bobby Braunun xatirələri “Still Bobbi, Andrew Ross Sorkin”in 1929-cu il fond bazarı böhranı tarixi və Mişel Cordanın biznes nailiyyətlərini əks etdirən Air Jordan daxildir.
Hüseyn İbadlı
-
Yaxın Şərq09:12İran bir qırıcı, “Hizbullah” 5 tank vurdu
-
Avropa09:00Mer, deputat və ya nazir... - "Baş cadugər" siyasi ambisiyalarını açıqladı
-
ABŞ08:00ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başladı
-
İdman07:30FİA yeni qaydaları təsdiqlədi - Yağış yağarsa…
-
Sosial07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
Magazin206:16“Eşref Rüya”da yeni sima - Foto
-
Qadın04:44Məşhur stilist qadın gözəlliyinin sirrini açıqladı - Foto
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü






























.jpg)






