Pul
Balınindən dolların məzənnəsi ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
"2026-cı ildə dolların məzənnəsi 70 rubldan, avronun isə 80 rubldan aşağı düşə bilər".
Publika.az xəbər verir ki, bu proqnozu Gazeta.ru-ya Rusiya hökumətinə bağlı Maliyyə Universitetinin dosenti, iqtisad elmləri namizədi İqor Balınin təqdim edib.
O bildirib ki, rublun möhkəmlənməsi strategiyası informasiya təzyiqindən asılı olmayaraq 2026-cı ildə davam etdiriləcək.
Ekspertin sözlərinə görə, rublun möhkəmlənməsini aşağıdakı amillər dəstəkləyəcək:
- Rusiyalıların ABŞ dollarına etimadsızlığı və onu düşmən valyuta kimi qəbul etməsi;
- Əmanətləri rubl ilə saxlamaq istəyinin güclənməsi;
- Turistik səfərlərdə Rusiya daxilinə və dost ölkələrə üstünlük verilməsi;
- İdxal əvəzetməsi siyasəti və Rusiyanın maliyyə və texnoloji suverenliyinin təminatı.
Balınin həmçinin rusiyalılara portfellərində xarici valyutadan imtina etməyi tövsiyə edib: bu həm daha etibarlı, həm də daha sakit maliyyə strategiyası hesab olunur.
Ekspertin fikrincə, hazırda ən sərfəli maliyyə aləti bank əmanətidir. Mövcud təkliflər illik 15-16% gəlir təmin edir. Orta səviyyəli əmanət (təxminən 663 min rubl) ilə aylıq gəlir təxminən 8,3 min rubl təşkil edə bilər.
Məlumata görə, 30 dekabr 2025‑ci il tarixində dolların məzənnəsi 1 ABŞ dolları üçün təxminən 79,50 rubla, avronun məzənnəsi isə 1 avro üçün təxminən 93,39 rubla bərabər olub. Bu göstəricilər Rusiya valyuta bazarındakı rəsmi məlumatlara əsaslanır
Hüseyn İbadlı
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
















.jpg)





















