Pul
Kripto bazarda “Bencamin Batton” effekti - "Bitcoin" niyə qocalır?
Dünyanın ən populyar kriptovalyutası olan "Bitcoin"in qiyməti kəskin şəkildə ucuzlaşaraq 38 000 dollar səviyyəsinə düşə bilər.
Publika.az xəbər verir ki, "Stifel" investisiya şirkətinin analitikləri "Bitcoin"in hazırkı enişini "Bencamin Battonun sirli hekayəsi" filmi ilə müqayisə ediblər.
Xatırladaq ki, ötən ilin oktyabrında "Bitcoin"in məzənnəsi 126 000 dolları ötmüşdü. Lakin daha sonra kəskin eniş edərək 67 000 dollara qədər geriləyib və 2024-cü ilin noyabrındakı səviyyəsinə qayıdıb.
Analitiklər qeyd edirlər ki, "ayı bazarı" (düşüş trendi) xətti "Bitcoin"in minimum həddinin 38 min dollar civarında olacağını göstərir. Onlar bu proqnozu "Bitcoin"in tarixi çöküşləri ilə əsaslandırırlar:
- 2011-ci il: 93% eniş
- 2015-ci il: 84% eniş
- 2018-ci il: 83% eniş
- 2022-ci il: 76% eniş
Bu minimum nöqtələri birləşdirən xətt hazırkı enişin dib həddi kimi məhz 38 000 dollar səviyyəsini işarə edir.
"Bencamin Batton" bənzətməsi nə deməkdir?
Ekspertlər bildirir ki, F. Skott Fitsjeraldın hekayəsindəki "Batton" xarakteri kimi, "Bitcoin" də tərsinə "qocalır". Əvvəllər dolların dəyərdən düşməsi fonunda "Bitcoin" özünün 21 milyonluq limitli təklifi ilə daha "gənc" və davamlı görünürdüsə, indi o, "80 yaşlı qoca kimi davranan 10 yaşlı uşağa" bənzəyir – yəni daxilən kövrəlib və zəifləyib.
Rusiya Prezident Akademiyasının (RANXİQS) professoru Aleksandr Abramovun fikrincə, "Bitcoin" hələ bir müddət ucuzlaşmaqda davam edəcək. İqtisadçı bu enişi artan risklər fonunda bazara yeni vəsait qoymağa hazır olan kifayət qədər investorun tapılmaması ilə əlaqələndirib.
Hüseyn İbadlı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq


















.jpg)









.jpg)





.jpg)




