Pul
Azərbaycanda bu növ əməliyyatların sayı və həcmi artdı
Hesab əsaslı ödənişlərdən istifadəyə imkan verən və 7/24 rejimində fasiləsiz fəaliyyət göstərən Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə icra edilən əməliyyatların sayı 2024-cü illə müqayisədə ötən il 12,5 dəfə, həcmi isə 90,1 faiz artıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) Publika.az-a bildirilib ki, nağdsız ödənişlərin daha aşağı xərclərlə qəbul edilməsi imkanının yaradılması məqsədilə qanunvericilik bazasına QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılmasına dair yeni tələblər əlavə edilib, ölkə üzrə vahid AZQR kod standartının tətbiqi tələb kimi müəyyən edilib.
AÖS vasitəsilə 2025-ci ilin ikinci yarımili ərzində həyata keçirilən QR ödənişlərinin sayı birinci yarımillə müqayisədə 6,2 dəfə, ödənişlərin həcmi isə 7,1 dəfə artıb. Ölkədə vahid AZQR kod standartının tətbiqi QR kod ödəniş həllinin genişlənməsini təmin etməklə, nağdsız ödənişlər üzrə formalaşan bank xərclərinin azalmasına imkan verir. Bu isə öz növbəsində milli ödəniş infrastrukturunun imkanlarından effektiv istifadəni təmin edir və lokal ödəniş həllərinin əhatəliliyinin artmasına şərait yaradır.
2025-ci il ərzində rəqəmsal ödənişlərin inkişafına təkan verən nəqliyyat layihəsi uğurla icra edilib. Bakı şəhərində ictimai nəqliyyatda, o cümlədən nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında və Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqlarının təmassız ödənişləri dəstəkləyən bütün bank kartları, eləcə də mobil cihazlar vasitəsilə ödənilməsi imkanı yaradılıb. Bu həll ənənəvi ödəniş vasitələrindən asılılığı aradan qaldıraraq, istifadəçilərə ictimai nəqliyyatda bank kartları və mobil cihazlar ilə sürətli və təhlükəsiz ödəniş imkanı təqdim edir. Layihənin icrası, eyni zamanda, turistlər tərəfindən lokal nəqliyyat kartı əldə etmək zərurətini aradan qaldıraraq, ictimai nəqliyyatda beynəlxalq brendli təmassız kartlarla ödəniş etmək imkanını təqdim edib.
Mərkəzi Bank ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidi, keyfiyyəti və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün dövlət qurumları, banklar, fintexlər və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətini davam etdirir.
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?







































