Pul
Yayda dollar elə qiymətə satılacaq ki...
Yaya qədər dolların məzənnəsi 80–82 rubl, avro 93–95 rubl, yuan isə 12 rubl təşkil edəcək.
Publika.az xəbər verir ki, "Garda Capital"ın investisiya strateqi Aleksandr Baxtin Gazeta.ru-ya müsahibəsində bu proqnozu verib.
Ekspertin fikrincə, yayda xarici valyutaların məzənnələri yenidən yüksələ bilər. O qeyd edib ki, İran böhranı tənzimləndikdən sonra "Brent" markalı neftin qiymətinin barrel başına 80 dollar və ya daha aşağı səviyyəyə qədər normallaşması ehtimalı olduqca yüksəkdir. Həmçinin, Rusiya Maliyyə Nazirliyinin iyulun 1-dən etibarən valyuta bazarındakı əməliyyatlara qayıtması gözlənilir.
Baxtin əlavə edib ki, yay aylarında rusiyalıların xaricə səfərləri ilə əlaqədar valyutaya tələbatı adətən artır, üçüncü rübdə isə idxal daha da aktivləşə bilər. Bundan başqa, yayda uçot dərəcəsinin 14%-dən aşağı düşəcəyi ehtimal olunur.
"Investing.com"un məlumatına görə, aprelin 17-də birjadan kənar bazarda dollar 75,4 rubldan, avro isə 88,9 rubldan yuxarı qiymətləndirilib. Moskva birjasında yuanın məzənnəsi 11 rubldan çox olub. 2026-cı ilin əvvəlindən rubl əsas xarici valyutalara qarşı nəzərəçarpacaq dərəcədə möhkəmlənib: dollar təxminən 6–8%, avro isə 3–4% ucuzlaşıb. Yuanın rubla qarşı məzənnəsində isə ciddi dəyişiklik baş verməyib.
Hüseyn İbadlı
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























