Pul
2026-cı il üçün dolların maksimum məzənnəsi AÇIQLANDI
"Garda Kapital" şirkətinin fond bazarı üzrə eksperti Kirill Seleznyov 2026-cı ildə dolların maksimum məzənnəsinin 90 rubla çatacağını proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, ekspert bu barədə "Gazeta.Ru"ya açıqlamasında bildirib.
O deyib ki, aparıcı bankların və brokerlərin ortaq rəyinə əsaslanan baza ssenarisinə görə, ilin sonunda dolların məzənnəsi 90 rubl civarında olacaq. İlin ikinci yarısı üçün orta göstəricinin isə 85 rubl ətrafında dəyişəcəyi gözlənilir.
Seleznyov qeyd edib ki, Mərkəzi Bankın mart ayındakı sorğusunda il üzrə orta məzənnə 84 rubl olaraq proqnozlaşdırılmışdı.
“Dolların 100 rubl və daha yuxarı olması” ssenarisi isə hazırda mümkün, lakin qeyri-real və neqativ bir ssenari kimi qiymətləndirilir. Analitik bu ssenarinin baş verməsi üçün üç amilin eyni vaxtda reallaşmalı olduğunu vurğulayıb: neftin qiymətinin 60 dollardan aşağı düşməsi, ixraca qarşı yeni sanksiyalar və Mərkəzi Bankın uçot dərəcəsini 11 faizə yaxın səviyyəyə sürətlə endirməsi. Seleznyov bu üç amilin üst-üstə düşmə ehtimalının hazırda aşağı olduğunu qeyd edib.
"Investing.com"un məlumatına görə, mayın 21-də birjadankənar bazarda dollar 70 rubldan baha satılıb. Bir gün əvvəl isə Amerika valyutası 69 rubla qədər ucuzlaşmışdı.
Hüseyn İbadlı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Avropa10:54Hərbi əks-kəşfiyyatdan qadağa: Rus əsilli almanlar Litvaya göndərilməyəcək
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi












.jpg)















.jpg)





.jpg)




