Pul
Genişmiqyaslı əməliyyat: 8 milyard dollarlıq kriptovalyuta ələ keçirildi
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) beynəlxalq miqyasda keçirilən irimiqyaslı əməliyyat nəticəsində rekord həcmdə – 127 min bitkoin (8 milyard dollardan çox dəyərində) ələ keçirib.
Publika.az "Fox News"a istinadla xəbər verir ki, əməliyyat fırıldaqçılıq mərkəzləri və mütəşəkkil cinayətkar dəstələrə qarşı yönəlib.
Bu nəhəng müsadirə Kambocanın "Prince Holding Group" şirkətinin rəhbəri Çen Jinin həbsi ilə bağlıdır. Ona qarşı fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
FTB-nin məlumatına görə, Asiya, Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən cinayətkar şəbəkələr əsasən ABŞ vətəndaşlarını hədəf alıb. Onların arasında ABŞ hakimiyyəti tərəfindən transmilli cinayətkar təşkilat kimi tanınan "Democratic Karen Benevolent Army" qruplaşması da var.
FTB direktoru Kaş Patel bildirib ki, əməliyyatlar nəticəsində fırıldaqçılıq sxemlərində məcburi şəkildə istifadə edilən təxminən 2 min insan azad edilib, dövriyyəsi 8 milyard dollardan çox olan cinayətkar mərkəzlər ləğv olunub və 300-ə yaxın şəxs həbs edilib. Dubayda saxlanılan 275 şübhəlidən 6-sı ABŞ-yə ekstradisiya ediləcək.
Hüseyn İbadlı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə













.png)











.jpg)














