Pul
2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub
Bu gün Türk Dövlətləri Təşkilatı yalnız ortaq tarix, mədəniyyət və dəyərlərimizi birləşdirən platforma deyil, eyni zamanda iqtisadi inkişaf, ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm əməkdaşlıq mexanizminə çevrilib.
Publika.az xəbər verir ki, bunu Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
O bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsini ölkənin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir: “Son illərdə üzv dövlətlər arasında ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi, nəqliyyat-logistika əlaqələrinin güclənməsi və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafı bunun əyani göstəricisidir. TDT çərçivəsində çoxtərəfli əməkdaşlığımız davamlı yüksəliş xətti üzrə inkişaf edir və bu, üzv ölkələrin iqtisadiyyatlarına əhəmiyyətli töhfələr verir. Azərbaycan TDT-yə üzv bütün dövlətlərlə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirib. 2025-ci ildə Azərbaycan Respublikasının TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7.3 milyard ABŞ dolları təşkil edib”.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi













081218_2.jpg)











.jpg)















