Pul
Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI
Rusiya Mərkəzi Bankı iyunun 19-u üçün xarici valyutaların rəsmi məzənnələrini artırıb.
Publika.az tənzimləyicinin mətbuat xidmətinə istinadla xəbər verir ki, əsas valyutalarda bahalaşma qeydə alınıb.
ABŞ dollarının məzənnəsi 72,75 rubldan 73,36 rubla qədər, yəni 61 qəpik artıb.
İyunun 19-da avro da 69 qəpik bahalaşacaq. Avropanın vahid valyutasının rəsmi məzənnəsi 84,34 rubldan 85,03 rubla yüksəlib.
Bununla yanaşı, Çin yuanı da bahalaşıb. Çin valyutasının dəyəri 10,76 rubldan 10,83 rubla çatıb.
Bundan əvvəl "UK Pervaya" şirkətinin baş analitiki Natalya Vaşelyuk proqnoz vermişdi ki, iyun ayında idxala tələbat və Rusiyadan kapital axını məhdud olarsa, dolların məzənnəsi 75 rubl təşkil edəcək.
O qeyd edib ki, aprel-may aylarında rubl əsasən Yaxın Şərqdəki münaqişə səbəbindən neft qiymətlərinin kəskin artması nəticəsində möhkəmlənib. Neft qiymətləri hələ mart ayından sürətlə artmağa başlasa da, hesablaşmaların xüsusiyyətlərinə görə Rusiyaya ixrac gəlirləri gecikmə ilə daxil olub ki, bu da rublun möhkəmlənməsini ləngidib.
Hüseyn İbadlı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Avropa10:54Hərbi əks-kəşfiyyatdan qadağa: Rus əsilli almanlar Litvaya göndərilməyəcək
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi












.jpg)















.jpg)





.jpg)




