Pul
15 trilyondan çox pul 3 min nəfərin əlində - Sərvətləri ağılları başdan aldı
Dünyada dollar milyarderlərinin sayı rekord həddə çataraq 3 min 795 nəfərə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə “Altrata” analitik şirkətinin hesabatında bildirilir.
Məlumata görə, 2025-ci ildə milyarderlərin sayı 8,2% artıb ki, bu da son beş ilin ən böyük artım göstəricisidir.
Nəşr yazır ki, zənginliyin bu dərəcədə sürətlə artmasına səbəb isə süni intellekt (AI) sahəsində yaşanan böyük bumeranq və biznes bumu olub. Milyarderlərin ümumi sərvəti də 12,8% artaraq rekord 15,1 trilyon dollara çatıb. Dünyada sərvəti 50 milyard dollardan çox olan 29 ultra-zəngin şəxs var ki, onların ümumi kapitalı 4,1 trilyon dollar təşkil edir. Bu, bütün milyarderlərin sərvətinin 27%-i deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə belə şəxslərin sayı cəmi 10 nəfər idi. Bölgələr üzrə ən kəskin artım Şimali Amerikada qeydə alınıb – milyarderlərin sayı 11,6% artaraq 1.337 nəfərə çatıb. Avropada bu rəqəm 7,9% artımla 1.081 nəfər, Asiyada isə 6,5% artımla 881 nəfər olub. (Qafqazinfo)
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı




























.jpg)








.jpg)

