Pul
Rusiyada dollar və avro ucuzlaşdı
Rusiya Mərkəzi Bankı sentyabrın 16-sı, çərşənbə günü üçün xarici valyutaların məzənnəsini aşağı salıb.
Publika.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
Amerika dollarının çərşənbə günü üçün məzənnəsi təxminən 10 qəpik ucuzlaşıb. Valyutanın dəyəri 84,33 rubldan 84,23 rubla düşüb.
Həmçinin avro da ucuzlaşıb. Rəsmi məzənnə 97,76 rubldan 97,3 rubla endirilib.
Mərkəzi Bank yalnız Çin yuanının məzənnəsini qaldırıb. Valyutanın dəyəri 12,53 rubldan 12,55 rubla dəyişib.
Daha əvvəl “Alfa-Foreks”in baş direktori Guzel Protsenko bildirmişdi ki, Rusiya milli valyutası yüksək dünya neft qiymətləri və Mərkəzi Bank tərəfindən əsas uçot dərəcəsinin 14 faiz səviyyəsində saxlanılması sayəsində dayanıqlı mövqelərini qoruyub saxlayır. O, qısamüddətli perspektivdə dolların 90 rubl psixoloji həddini keçəcəyinin az inandırıcı olduğunu ehtimal edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









































