Pul
Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?
ABŞ dollarının dünya ehtiyat aktivlərindəki payı əsasən Rusiya və Çinin ehtiyatlarındakı həcminin azalması səbəbindən kiçilir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Nümayəndələr Palatasının maliyyə komitəsindəki dinləmələrdə bildirib.
“Müşahidə etdiyimiz yeganə hal ehtiyat aktivlərinin azalmasıdır və bu, əsasən Rusiya ilə Çinin ehtiyat ehtiyatlarındakı həcmlərin aşağı düşməsi səbəbindən baş verir”, - deyə o qeyd edib.
Bununla yanaşı, Bessent vurğulayıb ki, Amerika valyutası beynəlxalq hesablaşmalarda hökmran mövqeyini qoruyub saxlayır. Nazirin sözlərinə görə, 2026-cı ildə qlobal əməliyyatlarda dolların payı artıb.
Avqust ayında “The Economist” nəşri yazmışdı ki, Afrika ölkələri yerli valyutaların və Çin yuanının xeyrinə ABŞ dollarından imtina etməyə başlayıblar. Jurnalın məlumatına görə, Zambiya qitədə payızdan etibarən faydalı qazıntıların çıxarılmasından vergiləri və royaltiləri yuanla qəbul edən ilk ölkə olub. Bu qərar onunla Zambiya misinin ən böyük alıcısı və ölkənin əsas kreditoru olan Çin arasındakı əməliyyatları sadələşdirir.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?

















.jpg)











.jpg)







.jpg)

