Qadın
Eltisini ağladan Meqan Markl haqqında 5 DƏHŞƏTLİ FAKTI AÇIQLADI
Xəbər verdiyimiz kimi, krallığın bioqrafı Tom Bauer əvvəllər Meqan Markl ilə işləmiş və onunla dostluq edən 80 nəfərin ifadəsi əsasında yeni bioqrafik əsər yazıb. Yazıçının səbirsizliklə gözlənilən kitabı nəhayət, satışa buraxılıb. Güzəştə getməyi sevməyən britaniyalı araşdırmaçı iti qələmi ilə tanınır. O, yeni kitabında da üslubuna sadiq qalaraq bütün faktları bəzəksiz vurğulamağa üstünlük verib. Bu isə Meqan Markl və Şahzadə Harri üçün heç xoş olmayacaq.
Publika.az xəbər verir ki, sözügedən kitabda Sasseks hersoginyası haqqında ən gizli faktlar işıq üzünə çıxıb.
“Qisas: Meqan, Harri və Vindzor arasındakı müharibə” kitabının ilk detalları sosial şəbəkədə yayılıb. Əvvəllər məlum olmayan və ictimaiyyəti şoka sala biləcək 5 yeni faktı təqdim edirik.
1. “Vanity Fair” qalmaqalı
Kitabı yazarkən Bauer krallığa gəlin gəlməzdən əvvəl Meqan Markl ilə işləyən keçmiş reklam agentləriylə görüşüb. Məlum olub ki, həddindən artıq emosionallıq və tələbkarlıq Meqanın ən xoşagəlməz xüsusiyyətləridir: heç bir mətn və ya başlıq onun razılığı olmadan yayımlana bilməzdi! O, “Vanity Fair” jurnalında Şahzadə Harri haqqında yayımlanan müsahibənin başlığını görəndə qəzəblənib. Jurnalın Meqanın razılığı olmadan onun Sasseks hersoquna dəlicəsinə aşiq olduğunu başlığa çıxarması xoşuna gəlməmişdi.
2. Çəkilişdən itən ayaqqabılar
Ən qalmaqallı detallardan biri Meqan Marklın çəkilişdən sonra səssizcə əşyaları götürmək vərdişi ilə bağlıdır. “Elle France” jurnalının çəkilişindən sonra Meqan “Gianvito Rossi” markasına aid ayaqqabıları da özü ilə götürüb. Məlumdur ki, çəkiliş prosesini təşkil edərkən maqazin stilistləri ayaqqabıları öz öhdələrinə götürürlər və sonra onları brendin butikinə qaytarmağa borcludurlar. Deyilənlərə görə, Xanım Markl yeni stilettolarını çıxartmağı “unudub”. Maraqlıdır ki, o, çəkilişdən özü ilə apardığı ayaqqabını ictimai tədbirlərdə geyinməyə çəkinməyib.
Qəribədir ki, nişan fotosessiyasında geyindiyi bej rəngli “Aquazurra” imzalı tufliləri də eyni “taleyi” yaşayıb. Kanadadakı Reitmans univermağının reklam çarxında rol alan aktrisa stilistlərdən xahiş edib ki, çəkiliş üçün “Aquazurra”dan məhz o dikdabanları gətirsinlər. Çəkilişdən sonra ayaqqabıların soyunub-geyinmə otağından “buxarlanması” çəkiliş təşkilatçıları üçün də sürpriz olub...
3. Keyt Middletonu həqiqətən də ağladıb
Meqan Opra Uinfri ilə müsahibəsində bu faktı təkzib etməsinə baxmayaraq, şahidlər əksini deyirlər. İki hersoginya arasında ilk açıq münaqişə Sassekslərin toyuna (aprel 2018) hazırlıq zamanı baş verib.
Toyda gəlinə çiçək atan qızların paltarlarının hazırlanma mərhələsində Meqan Şahzadə Uilyam və Keyt Middletonun qızı Şarlottanı aşağılayaraq hörmətsizlik edib. Kral protokoluna baxmayaraq, o, qızdan kalqotqanı çıxartmağı tələb edib. Qeyd edək ki, bütün mərasimlərdə çiçəkçi qızlar həmişə kolqotqa geyinir. Sonra o, Keytə qızın ölçüsünə uyğun paltar geyinməyi tövsiyə edib və körpəni rəfiqəsi Cessika Malruninin qızı ilə müqayisə edib.
“O, ultimatum şəklində Şarlottanın paltarının daha qısa olmasını tələb etdi. Cessika Malruninin də Keytə təzyiq etməsi onun ağlamasına səbəb oldu”, - şahidlər etiraf edib.
4. Otellərin ən bahalı otağını və şəxsi təyyarə tələb etdi
Şahzadə Harri ilə münasibətin başlanğıcında Meqan vaxtaşırı Londona uçurdu. Səfərlər üçün o, ən yaxşı otelləri tələb edirdi. Bir gün dəhlizdə qəfəsdə tutuquşu görən Meqan pulu ödənilmiş hoteli tərk edib. Hadisə şahidlərinin sözlərinə görə, o, bu quşla eyni oteldə qalmayacağını bildirib.
Harri ilə münasibətinə gəlincə, o, ən yaxşısına ehtiyacı olduğunu əvvəldən açıq şəkildə bildirib. Uçuşlar üçün şəxsi təyyarələr tələb edib və lap əvvəldən ondan fotosessiyada geyinəcəyi geyimləri almaq üçün pul tələb edib.
5. Arçi adı sevimli komiks personajından götürülüb
Dünya ictimaiyyəti uzun müddət Şahzadə Harri və Meqan Marklın oğullarına Arçi adını qoymaq ideyasını haradan gəldiyini bilmirdi. Məlum olub ki, bu, Meqanın uşaqlıqda pərəstiş etdiyi sevimli komiks personajından götürülüb. Komiks Arçi adlı qırmızı saçlı bir oğlanın hekayələrindən danışır. Həftə sonları dondurma almağa gedəndə atası ona məhz bu komikslərdən alardı.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO