Qadın
Qadınların aktiv sosial qrup kimi formalaşması“ mövzusunda ictimai dinləmə keçirilib
USAİD-in maliyyə dəstəyi ilə Kounterpart İnterneşnlın həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı tərəfindən dəstəklənən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi çərçivəsində 4 iyun 2012-ci il tarixdə Masallı şəhərində Gənclər Mərkəzində “Qadınlar Arasında Həmrəylik” İB və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda ictimai dinləmə keçirilib.
Tədbirdə Masallı rayon İcra Hakimiyyəti rəsmiləri, Azərbaycan
Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin, rayon prokurorluğu və məhkəməsinin əməkdaşları,
Masallı rayon Məşğulluq Mərkəzinin rəhbərliyi, xanım bələdiyyə
sədrləri və üzvləri, məktəb direktorları, müxtəlif dövlət
orqanlarında vəzifə tutan qadınlar, həkimlər, yerli QHT və KİV
nümayəndələri iştirak ediblər.
Publika.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev,
“Qadınlar Arası Həmrəylik” İB-nin sədri Ruhəngiz Hüseynova, Masallı
Rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi
partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyev açıblar.
R.Hüseynova “Qadınların inkişafı naminə ictimai maraqların
qorunması” layihəsi onun məqsədləri, vəzifələri barədə məlumat
verib. S.Əliyev isə Masallı rayonunda qadınların ictimai-siyasi
həyatda rolu, qadın iştirakçılığının dəstəklənməsi üçün görülən
tədbirlərdən danışıb. O, bildirib ki, Masallı rayon əhalisinin 49,5
fazini qadınlar təşkil edir, dövlət müəssisələrində çalışanalrın
42%, özəl strukturlar işləyənlərin 35%, kənd təsərrüfatında fiziki
şəxs kimi fəaliyyət göstərənlərin 58% qadınlar təşkil edir. 2009-cu
ildə keçirilmiş bələdiyyə seçkilərində bələdi üzvü seçilənlərin
21.3 fazini qadınlar təşkil edir. 3 bələdiyyənin sədri isə
xanımdır.
Ə.Nuriyev “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup
kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı”
mövzusunda təqdimatla çıxış edib. O, qadın hüquq və azadlıqlarının
təsbit olunduğu beynəlxalq sənədlər, konvensiyalar, Azərbaycan
Demokratik Respublikası dövründən bu günümüzə qədər qadınların
hüquqlarının qorunması, qadın iştirakçılğının dəstəklənməsi, gender
bərabərsizliyinin aradan qaldırılması məqsədilə atılan addımlar
barədə ətraflı məlumat verib.
Ə.Nuriyev həmçinin, BMT-nin Qadınlara münasibətdə ayrıseçkiliyin
bütün formalarının ləğv olunması haqqında Konvensiyası (CEDAW),
BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi üzrə
Komitəsi tərəfindən Konvensiyanın icarsı ilə bağlı Azərbaycana
verilən son tövsiyyələr barədə tədbir iştirakçılarını
məlumatlandırıb. Eyni zamanda qadınların aktiv sosial qrup kimi
formalaşması məqsədilə Azərbaycan hökumətinin yeni hədəfləri ilə
bağlı da bilgi verib. Onun sözlərinə görə, Əgər 1990-cı ildə bütün
deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil
edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16
faizə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü
seçilmiş qadınların sayı isə əvvəlki seçkilərə nisbətən 4,9 dəfə
artaraq 4081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların
xüsusi çəkisi 26,2 faiz olub.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda qadın
hüquqlarının müdafiəsinə dair tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Milli Fəaliyyət Planının həyata keçirilməsinə
30-dan çox dövlət orqanı cəlb edilmişdir. Milli Fəaliyyət Planında
məişət zorakılığının qarşısının alınması, psixoloji və tibbi
yardım, bu cür zorakılığın qurbanları üçün zəruri kompensasiya və
reabilitasiyanın təmin edilməsi üzrə tədbirlər də daxil olmaqla,
qadınlara qarşı zorakılığın bütün formalarına qarşı mübarizə
aparılması, qadınların hüquqlarının daha yaxşı səviyyədə müdafiəsi
üçün tədbirlər nəzərdə tutulub.
Yoxsulluğun azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı –
2008-2015) gender komponenti geniş şəkildə öz əksini tapmışdır. Bu
proqrama əsasən, 2015-ci ilin sonunadək qərarların qəbul edilməsi
prosesində qadınların iştirak səviyyəsinin yüksəldilməsi, gender
bərabərliyi ilə bağlı mövcud siyasətin monitorinqi və
qiymətləndirilməsi üzrə məlumat bazası yaradılması, Eyni zamanda,
qərarların qəbul edilməsi prosesində qadınların iştirakının
artırılmasına mane olan səbəblər araşdırılması və ölkədə gender
bərabərliyi üzrə vəziyyətin qiymətləndirilməsinə dair illik
hesabatlar hazırlanacaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Masallı
Rayonu üzrə əlaqələndiricisi Naibə Aslanova “Azərbaycan
cəmiyyətində qadınların rolu”, Masallı rayon Məşğulluq Mərkəzinin
direktoru Yusif Məmmədov isə “Məşğulluq, əməyə cəlb olunma, əmək
hüquqlarına münasibət zamanı qadınlara münasibətdə ayrı-seçkiliyin
qarşısının alınması” mövzusunda məruzələrlə ilə çıxış ediblər.
N.Aslanova bildirib ki, erkən nikahların sayı azalıb. 2011-ci il
məzunları içərisində ali məktəbə qəbul olunanların qızların sayının
artması bu faktı sübut edir. Belə ki, 2008-ci ildə 215-dən 51 qız
idisə, 2011-ci ildə 210-nəfərdən 60-ı qız olub. Y.Məmmədovun
verdiyi məlumata görə, 2009-cu ildə qadınların ümumi işlə təmin
olunanlar arasında xüsusi çəkisi 137 nəfər (43%), 2011-ci iləd 219
nəfər (53%) olub.
Məruzələrdən sonra müzakirələr zamanı Masallı rayonunda qadınların
üzləşdikləri problemlər, çətinliklər, onların həli yolları
ətrafında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
Gülnar
Publika.Az
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq