• USD 1,7000 0,00% EUR 2,0695 +0,35%
    • GBP 2,3318 +0,24% RUB 0,0230 -0,87%

Azərbaycan dünyada yeganə ölkədir ki... - Deputat

Azərbaycan dünyada yeganə ölkədir ki... - Deputat

“Onlar ya Azərbaycanla bağlı az məlumata malikdirlər, ya da ki, məqsədli surətdə Azərbaycan həqiqətlərinə qara eynəklə baxmağa çalışırlar. Birinci halda, yaxşı olardı ki, ölkələrinin buradakı səfirliklərindən Azərbaycan barəsində dəqiq məlumat verilməsini istəyərdilər. İkinci halda isə eynəklərinin çıxarılmasını arzu edərdim”.

Publika.az xəbər verir ki, bunu bəzi Qərb liderlərinin Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədlərinin taleyi ilə bağlı narahatlıqlarını ifadə etmələri ilə bağlı danışan deputat Aydın Mirzəzadə deyib.

Azərbaycanın çoxdinli, çoxmillətli, çoxmədəniyyətli bir ölkə olduğunu diqqətə çatdıran deputatın sözlərinə görə, Azərbaycan 20-ci əsrdə yeganə müsəlman ölkəsidir ki, orada katolik kilsəsi tikilib: “Azərbaycan dünyada yeganə ölkədir ki, orada bütün dinlərə fərq qoyulmadan dini məbədlər dövlət hesabına ilboyu pulsuz təbii qazla təchiz edilir. Azərbaycan dini konfessiyaların bir-birinə hörmətlə fəaliyyətdə olduğu və dövlətin qayğı göstərdiyi bir ölkədir”.

Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, amma Avropanın müəyyən dairələrinin bu faktı səsləndirmək istəmədiyini nəzərə çatdıran A.Mirzəzadə bildirib ki, belə olan halda Ermənistanın işğalçılıq siyasətinə onlar da həmmüəlliflik etmiş olurlar: “Əgər belə narahatdırlarsa, qoy, gəlib hazırda işğaldan azad olunan ərazilərdə həm müsəlman, həm də xristian dini abidələrinə baxsınlar və ora bir ildən sonra qayıtsınlar. Onda görəcəklər ki, mədəni, dinlərə qayğı göstərən ölkə haradır? Ora Azərbaycandır. Azərbaycan xalqının mədəniyyəti bütün dünyaya nümunədir”.

Şamo Emin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR