Bu kəndlərin adı dəyişdirildi - Prezident İMZALADI
Bizi izləyin

Qarabağ

Bu kəndlərin adı dəyişdirildi - Prezident İMZALADI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu təsdiq edib.

Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında da Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanunla Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm